Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR
03 Oktyabr 2026, 11:50
Qaynar xətt:
(+99450) 247 90 86
ELANLAR
653
02.11.2022, 13:18
Azərbaycan Sənaye Korporasiyası
Maliyyə hesabatları şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 01 dek 2022 - [email protected]
Tələb olunan bilik və bacarıqlar:
Cəmiyyət və onun törəmə müəssisələri üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq maliyyə uçotunu aparılmasını təmin etmək;
Maliyyə siyasətini hazırlanmasını əlaqələndirmək, maliyyə siyasətinin müntəzəm olaraq yenilənməsi üçün təkliflər vermək və siyasətin icrasına nəzarəti həyata keçirmək;
Cəmiyyət və zəruri olduqda onun törəmə müəssisələri üzrə vahid Hesablar Planını və ona uyğun olaraq standart müxabirləşmələrin hazırlanmasını təmin etmək;
Cəmiyyətin törəmə müəssisələri tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq maliyyə hesabatlarının, o cümlədən Maliyyə vəziyyətinə dair hesabat (Balans hesabatı), Mənfəət və ya zərər və digər məcmu gəlirlər hesabatı, Pul vəsaitlərinin hərəkətinə dair hesabat, Kapitalda dəyişikliklər barədə hesabat, qeyd və açıqlamaların hazırlanmasına dəstək göstərmək, hesabatların vaxtında təqdim edilməsini təmin etmək;
Cəmiyyətin törəmə müəssisələrinin maliyyə və mühasibatlıq strukturlarına maliyyə uçotunun aparılmasında metodiki dəstək göstərmək, o cümlədən gündəlik əməliyyatlar üzrə maliyyə uçotuna dair meydana çıxan problemləri həll etmək və sualları cavablandırmaq;
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq hazırlanan maliyyə hesabatları üzrə maliyyə təhlillərini aparılmasını təmin etmək və müəyyən ediləcək uyğunsuzluqların aradan qaldırılması üzrə təkliflər vermək;
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq Cəmiyyət konsolidasiya edilmiş illik maliyyə hesabatlarının hazırlanmasını təmin etmək;
Cəmiyyət və zəruri olduqda onun törəmə müəssisələr üzrə maliyyə hesabatlarının kənar auditi proseslərini koordinasiya etmək;
Cəmiyyətin törəmə müəssisələrinin aktivlərinin qorunması və bazar dəyərinin artmasına töhfə vermək;
Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində şöbə müdirinə təkliflər vermək;
Fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi və normativ sənədləri ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
Namizədə tələblər:
Müvafiq sahə ilə əlaqəli ali bakalavr təhsili (Magistr, MBA arzuolunandır);
Maliyyə planlaması, büdcə, maliyyə nəzarəti, audit və ya mühasibat sahəsi üzrə 2 il iş təcrübəsi; (İstehsal sahəsi üzrə təcrübənin olması arzuolunandır.)
Maliyyə-uçot sahəsi ilə əlaqədar mövcud qanunvericiliyi işində tətbiq edə biləcək səviyyədə bilmək;
Yüksək səviyyədə Azərbaycan dili biliyi;
Xarici dil biliyi (ingilis dili, rus dili biliyi arzuolunandır);
Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı;
ERP sistemləri ilə (1C 8.3 versiyası) üzrə bilik və işlətmə bacarığı;
Statistik və riyazi biliklər;
Analitik təhlil, strateji düşünmə, korporativ idarəetmə və problem həlletmə bacarığı;
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər; (MHBS)
ACCA, CFA, FMVA, CIMA, CPA və ya bunlara ekvivalent olan digər beynəlxalq sertifikatlar arzuolunandır.
Əmək haqqı: 1440 azn
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Maliyyə hesabatları şöbəsinin aparıcı mütəxəssisi ” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
22:12 / 17 Oktyabr 2026
12
22:10 / 17 Oktyabr 2026
23
22:05 / 17 Oktyabr 2026
32
21:57 / 17 Oktyabr 2026
34
21:40 / 17 Oktyabr 2026
66
21:18 / 17 Oktyabr 2026
65
20:39 / 17 Oktyabr 2026
67
20:39 / 17 Oktyabr 2026
101
20:16 / 17 Oktyabr 2026
86
20:03 / 17 Oktyabr 2026
100
20:03 / 17 Oktyabr 2026
768
19:50 / 17 Oktyabr 2026
94
19:38 / 17 Oktyabr 2026
218
19:38 / 17 Oktyabr 2026
106
19:32 / 17 Oktyabr 2026
482
19:26 / 17 Oktyabr 2026
107
19:25 / 17 Oktyabr 2026
75
19:15 / 17 Oktyabr 2026
148
19:06 / 17 Oktyabr 2026
212
18:56 / 17 Oktyabr 2026
1825
18:51 / 17 Oktyabr 2026
96
18:49 / 17 Oktyabr 2026
208
18:46 / 17 Oktyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.