Azersun Holding
Keyfiyyətə nəzarət üzrə mühəndis (Kürdəmir)
Son tarix 17 sen 2022 - [email protected]
Ümumi məlumatlar:
Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olmalı;
Kimya mühəndisi;
Qida mühəndisi;
Mexanika mühəndisi.
Araşdırma və analizetmə bacarığı olmalı;
Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
MS Office (Word, Excel) proqramlarında istifadə etməyi bacarmalıdır.
İş haqqında məlumat:
İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələrini standartlarla müqayisə edilməsi;
İstehsalat prosesinə nəzarətin həyata keçirilməsi.
İş yeri: Regionlar: Kürdəmir,Xaçmaz
Növbəli iş rejimi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Keyfiyyətə nəzarət üzrə mühəndis(Kürdəmir))” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər
Hüquqşünas
Son tarix 17 sen 2022 - [email protected]
Namizədə aid tələblər:
Ali hüquqi təhsil;
Hüquq üzrə minimum 2 il iş təcrübəsi;
İngilis dili biliyi olmalı;
Hüquqi sənədləri sərbəst hazırlamalı;
Ünsiyyətcil və qrup şəklində işləmək qabiliyyətinə, təhlil və analiz etmə bacarığına malik olmalı;
Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq qabiliyyətinə malik olmalı.
İş haqqında məlumat:
Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (daxili və xarici satınalma, logistika, nəqliyyat) hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə müddəaları üzrə müzakirələr, razılaşdırmalar aparılması;
Hüquqi şəxslərin etibarnamə əsasında dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
Hüquqi və fiziki şəxslərlə yaranan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün tədbirlər görülməsi;
Şirkət müəssisələrinin tərəf kimi iştirak etdiyi birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində nümayəndə kimi iştirak edilməsi, məhkəmə sənədlərinin (iddia ərizələri, etibarnamələr, vəsatətlət, yazılı izahatlar, apellyasiya və kassasiya şikayətləri, məhkəmə çıxışları və s.) hazırlanması;
Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının təmin edilməsi üzrə işlər görülməsi;
Müvafiq dövlət orqanlarında inzibati xəta haqqında işlərə baxılmasında iştirak edilməsi, qərarlardan şikayət verilməsi;
Dövlət orqanlarından, digər şəxs və qurumlardan daxil olan müraciət, ərizə və şikayətlərə baxılması, araşdırılaraq onlara cavab hazırlanması;
Şirkətin fəaliyyətini tənzimləyən bütün növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və onlara hüquqi rəy verilməsi;
Daşınmaz əmlak və torpaq sahələri üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının notariat ofislərində və qeydiyyat orqanlarında rəsmiləşdirilməsinin təmin edilməsi;
Hüquqi şəxslərin təsis edilməsi, filial və ya nümayəndəliklərinin yaradılması və onların dövlət qeydiyyatının həyata keçirilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına ``Hüquqşünas`` başlığı ilə göndərə bilərlər.
Mühasib (Bölgə)
Son tarix 10 sen 2022 - [email protected]
Tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat və ya mühasibatlıq ixtisası üzrə);
Mühasibatlıq sahəsi üzrə təcrübə (minimum1 il);
Vergi məcəlləsini bilməli;
Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
1C, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir.
İş haqqında məlumat:
Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması;
Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi.
İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00
İş yeri: İmişli, Biləsuvar, və Xaçmaz. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Mühasib (İmişli)” qeyd etməyiniz xahiş olunur.
SAP Retail MM Junior Consultant
Son tarix 10 sen 2022 - [email protected]
Requirements:
Graduated from Industrial Engineering, Computer Engineering, MIS, Informatics or Business Administration;
Positive attitude, able to understand client needs and implement solutions;
Facilitate blueprinting and design sessions;
Strong communication and presentation skills;
Has analytical and problem solving capacity;
Fluency in English
Responsibilities:
Understanding the as is status about logistics, inventory movement, MRP , Retail Sales and transactions in retail operations. Defining business requirements;
Transform business requirements to application specific functional design documents and workflow diagrams;
Develop test scenarios and test to confirm solution design;
Ensure high quality documentation of the implementation;
Working days: Monday – Saturday
Working hours: 09:00 - 18:00
Day off on Sundays and official holidays
Salary will be determined based on your education, experience, and professional qualities.
Interested candidates may apply for the role by sending resume to email address, mentioning " SAP Retail MM Junior Consultant" in theme tab.
Daxili audit xidməti rəhbəri
Son tarix 10 sen 2022 - [email protected]
Tələblər:
Ali iqtisadi və ya hüquqi təhsil;
Müvafiq iş təcrübəsi: 3 ildən artıq audit funksiyasında;
Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
Daxili prosedurlar, Şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqqda məlumatlı olmaq;
Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
Kompüter savadlığı və müvafiq proqram təminatı ilə işləmək bacarığı.
Ezamiyyələrdə iştirak etmək imkanı.
İş haqqında məlumat:
Daxili auditorların fəaliyyəti ilə bağlı uzunmüddətli və illik inkişaf planlarını hazırlamaq,
Sığorta qrupunun audit strategiyasını və siyasətini müəyyən etmək və Direktorlar Şurasının, Təftiş Komissiyasına təqdim etmək;
Cəmiyyətdə aparılacaq daxili auditin illik planını tərtib etmək;
İllik plana əsasən cəmiyyətin struktur bölmələrində daxili auditin aparılmasına rəhbərlik etmək;
Hər bir struktur bölməsi üzrə keçirilən auditin ilkin hesabat formalarını hazırlamaq və müvafiq struktur bölmələrinin rəhbərinə, həmçinin Direktorlar Şurasına və Təftiş Komissiyasına məlumat vermək;
Xidmətin Əsasnaməsi ilə müəyyən olunmuş vəzifələrinin icrasını təmin etmək, lazımi hallarda icra etmək;
Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə cəmiyyətin müvafiq idarəetmə orqanına təkliflər vermək;
Şirkətin siyasətlərin, prosedurların, standartların və digər normativ sənədlərini qiymətləndirmək;
Daxili Audit Xidmətinin tövsiyələrinə uyğun olaraq tədbirlər planının statusunun monitorinqi, təsdiqi və hesabatını həyata keçirmək;
İş şərtləri: Həftəiçi 5 gün. Saat 09.00-18.00
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Daxili audit xidməti rəhbəri” qeyd etməyiniz xahiş olunur.
Azersun Holding
Avtomatika üzrə aparıcı mühəndis
Son tarix 05 sen 2022 - [email protected]
Ümumi tələblər:
Ali təhsilli olmalı ;
Avtomatika sahəsində minimum 3 il iş təcrübəsi olmalı;
PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmirinin əsaslarını bilməli;
SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) haqqinda bilikləri olmalı və lazim olduqda müəyyən dəyişikliklər etməyi bacarmalı;
PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı;
Hart protokollu kommunikatorlardan istifadə qabiliyyətinə malik olmalı;
AC invertorların (driver) proqramlaşdırılmasını bilməli;
Sahə cihazlarının baxım və kalibirlənməsini müvafiq plan və təlimatlara uyğun edilməsini, lazım olduqda baxım fəaliyyətlərini həyata keçirməyi bacarmalidır
İş haqqında məlumat:
Lokal nəzarət prosesləri üçün proqramların yazılması;
Avtomatik nəzarət sistemlərində istifadə olunan şəbəkələrin (Industrial Ethernet, Profibus, Multi-Point Interface) qurulması;
Maşın və avadanlıq idarəetmə proqramlarına nəzarətin həyata keçirilməsi;
Həssas ölçü cihazlarının nizamlanması;
Yeni cihazların sınaqlarının həyata keçirilməsi;
Mərkəzi və lokal on-line UPS sistemlərinə nəzarət edilməsi.
Sahə cihazlarının baxım və kalibirlənməsini müvafiq plan və təlimatlara uyğun edilməsini və lazım olduqda baxım fəaliyyətlərini həyata keçirməyi bacarmali:
Avtomatik idarə etmə sistemində və sahə cihazlarinda nasazlıq müəyyən edildikdə təmirini həyata keçirmək, işini təmin etmək.
Pnevmatik sistemlərin idarə etmə dövrələrində və ölçü cihazlarında yaranmış problemləri aradan qaldırmaq.
İş şərtləri: Növbəli,
İş yeri: Sumqayıt,
Nahar və servis şirkət tərəfindən qarşılanır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Avtomatika üzrə aparıcı mühəndis” qeyd etməyiniz xahiş olunur.
Müştəri xidmətləri üzrə baş mütəxəssis
Son tarix 05 sen 2022 - [email protected]
Ümumi tələblər:
Ali təhsili olmalı;
Komandada işləmək bacarığı olmalı;
İngilis və Rus dili bilgisi olmalı;
Müştəri xidmətləri sahəsi üzrə 3 il iş təcrübəsi olmalı;
Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
Mükəmməl təqdimat bacarığı olmalı.
İş haqqında məlumat:
Daşınmaz əmlak bazarında həyata keçirilən kampaniyalarla bağlı müştəriləri düzgün məlumatlandırmaq;
Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq və məsləhətlər vermək, alış üçün seçim variantları təklif etmək;
Daşınmaz əmlak layihələri üzrə işlərin təqibi və PDF təqdimatların hazırlanması;
Yeni müştərilərin axtarışı və cəlb olunması;
Rəhbərlik tərəfindən tələb olunan hesabatları zamanında təqdim etmək;
Daşınmaz əmlak bazarının öyrənilməsi və bankın satış strategiyasına uyğun müştərilərin cəlb edilməsi.
İş şərtləri: 6 iş günü
İş yeri: Dreamland.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Müştəri xidmətləri üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Baş Mühasib (İmişli)
Son tarix 05 sen 2022 - [email protected]
Ümumi məlumatlar:
Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
İş haqqında:
Vergi, statistika və DSMF hesabatların hazırlanması;
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00
Ünvan: İmişli,
Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Baş mühasib İmişli” qeyd etməyiniz xahiş olunur.
Keyfiyyətə nəzarət üzrə mühəndis
Son tarix 05 sen 2022 - [email protected]
Ümumi məlumatlar:
Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olmalı;
Kimya mühəndisi;
Qida mühəndisi;
Mexanika mühəndisi.
Araşdırma və analizetmə bacarığı olmalı;
Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı;
MS Office (Word, Excel) proqramlarında istifadə etməyi bacarmalıdır.
İş haqqında məlumat:
İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələrini standartlarla müqayisə edilməsi;
İstehsalat prosesinə nəzarətin həyata keçirilməsi.
İş yeri: Regionlar: Bakı, Sumqayıt
Növbəli iş rejimi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Keyfiyyətə nəzarət üzrə mühəndis)” qeyd olunmalıdır) göndərə bilərlər və ya hrazersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər
Satınalma üzrə mütəxəssis
Son tarix 05 sen 2022 - [email protected]
Tələblər:
Ali təhsilli olmalı;
Satınalma sahəsində ən azı 1 illik iş təcrübəsi olmalı;
Analiz etmə bacarığına sahib olmalı;
Kompüter bilikləri olmalı.
Rus dili biliyi mütləqdir İngilis dili arzuolunandır.
İş haqqında:
Satınalma işinin təşkil edilməsi;
Məhsul tələblərinin şirkətin qaydalarına uyğun olaraq vaxtında və sərfəli satın alınmasının və tədarükünün təşkil edilməsi;
Tədarükçülərlə əlaqəli işlərin idarə edilməsi;
Tədarükçülərin siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi;
Bazar araşdırması edərək yeni potensial Tədarükçülərin və Təchizatçıların tapılması;
Səfərlər etməklə Tədarükçülərin qiymətləndirilməsi, Tədarükçülərin satınalma şərtlərinin uyğunlaşdırılması;
Alınan məhsulların logistika fəaliyyətlərinin tənzimlənməsi;
Satınalma ilə bağlı sənədlərin müvafiq şöbələrə göndərilməsinin təşkil edilməsi;
Məhsul çıxışı ilə bağlı sənədləşdirmə işlərinin aparılmasının təşkil edilməsi.
İş yeri: Regionlar: Bakı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Satınalma üzrə mütəxəssis” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər
Oxu24.com
ŞƏRHLƏR