Qaynar xətt:

(+99450) 247 90 86

\"Səba\" şirkəti işçilər axtarır - MAAŞ - 800-1200-1500 MANAT- VAKANSİYALAR

ELANLAR

1270

02.08.2022, 00:03

SƏBA
 
Hüquqşünas
 
 Son tarix 01 sen 2022 - [email protected]
 
Əmək haqqı 800-1000 manat
 
Vəzifə öhdəlikləri:
Cəmiyyətin adından məhkəmədə nümayəndə kimi iştirak etmək və məhkəmə işlərini aparmaq, icra şöbələri ilə işləmək;
Cəmiyyətin dövlət orqanları, hüquqi və fiziki şəxslər ilə münasibətlərdə təmsil etmək;
Cəmiyyət üçün müqavilələri azərbaycan, rus və ingilis dilində hazırlamaq, həmçinin, təqdim edilən müqavilə layihələrinə rəy vermək;
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavab hazırlamaq;
Cəmiyyətdə keçirilən iclaslarda iştirak etmək və protokollar hazırlamaq;
İş yeri Xırdalan şəhərində yerləşir, lazım gəldikdə, Şirkətin Azərbaycan Respublikasının bölgələrində yerləşən ofislərinə və ya burada yerləşən məhkəmə və dövlət idarələrinə gedilməsi də tələb olunacaqdır.
Namizədə tələblər:
Ali hüquq təhsili; 
Ən az 3 il iş təcrübəsi (məhkəmədə və ya digər dövlət orqanlarında olması arzuolunandır);
Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsinə dair mükəmməl bilgilər; 
Azərbaycan, ingilis və rus dillərini əla bilmək.
Bəy namizədlərə üstünlük veriləcəkdir.
Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq və CV-nizi öz adınızla və vakansiyanın adı ilə adlandıraraq,  zəhmət olmasa, elektron ünvanına göndərərdiniz.
 
Yalnız CV-lərə baxıldıqdan sonra, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. 
 
Baş hüquqşünas
Son tarix 01 sen 2022 - [email protected]
 
Əmək haqqı 1200-1500 manat
 
Vəzifə öhdəlikləri:
Cəmiyyətdə korporativ idarəetmə ilə əlaqədar daxili qaydalar, prosedurlar hazırlamaq;
Cəmiyyətin adından məhkəmədə nümayəndə kimi iştirak etmək və məhkəmə işlərini aparmaq, icra şöbələri ilə işləmək;
Cəmiyyətin dövlət orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;
Cəmiyyətdə dövlət orqanları tərəfindən aparılan yoxlamalarda iştirak etmək:
Cəmiyyət üçün müqavilələri azərbaycan, rus və ingilis dilində hazırlamaq, həmçinin, təqdim edilən müqavilə layihələrinə rəy vermək;
Cəmiyyətin fəaliyyəti ilə bağlı məktub, ərizə və şikayətləri qanunvericiliyin tələblərinə uyğun hazırlamaq;
Cəmiyyətdə keçirilən iclaslarda iştirak etmək və protokollar hazırlamaq;
Hüquqi şəxslərin təsis sənədlərində edilmiş dəyişikliklərin və faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri hazırlamaq;
İş yeri Xırdalan şəhərində yerləşir, lazım gəldikdə, Şirkətin Azərbaycan Respublikasının bölgələrində yerləşən ofislərinə və ya burada yerləşən məhkəmə və dövlət idarələrinə gedilməsi də tələb olunacaqdır.
Namizədə tələblər:
Ali hüquq təhsili; 
Ən az 5 il iş təcrübəsi ( məhkəmədə və ya digər dövlət orqanlarında olması arzuolunandır);