Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71276
az

DİQQƏT! Bakıda məşhur holdinq işçilər axtarır - VAKANSİYALAR

23:0127 İyun, 2022
617
ELANLAR
  • A

Büdcə planlama və hesabatlıq üzrə bölmə rəhbəri

 Son tarix 16 iyl 2022 - [email protected]

Namizədə aid tələblər:

Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanunu və digər normativ sənədlərləri;

Beynəlxalq Maliyyə Standartları üzrə biliklər;

Kompyuter proqramlarında sərbəst işləmək bacarığı (Excel, 1C, SAP arzuolunandır,);

Maliyyə sahəsi üzrə analitik biliklər;

Mаliyyə şərаitini аnаliz еtmək qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı;

Ofis proqramlarında işləmə bacarığı ( Excel (VBA) biliyinin yüksək olması mütləqdir).

İş haqqında məlumat:

Şirkətin mаliyyə hеsаbаtının tərtib еdilməsi və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi;

Rəhbərliyıyə idаrəеtmə hеsаbаtlаrının hаzırlаnmаsı;

Cаri əməliyyаt fəаliyyəti üzrə büdcənin və prоqnоzlаrın, о cümlədən pul vəsаitlərinin qısаmüddətli hərəkət prоqnоzlаrının tərtibi;

Mаliyyə аnаlizi məlumаtlаrının dəqiqliyinin təmini, оnlаrın nоrmаtiv və büdcə göstəricilərindən аyrılmаlаrının izаhı, həmçinin vахtı-vахtındа şirkət rəhbərliyini əhəmiyyətli kənаr çıхmаlаr bаrədə məlumаtlаndırmаq;

Şirkətin prоqnоz göstəricilərinin tаm аnаlizi əsаsındа şirkətin biznеs plаnının tərtib еdilməsi (əməliyyаt plаnı, büdcə);

Şirkətin fаktiki gəlirlərinin yохlаnılmаsı, əsаs kənаrçıхmаlаrın səbəbini аyırd еtmək;

Şirkətin fəаliyyət хərclərinin аnаlizi və хərclərin аzаldılmаsı yоllаrını аrаmаq və еffеktivliyinin yахşılаşdırılmаsı;

Mаliyyələşdirmə tələbаtının müəyyən еdilməsi məqsədi ilə pul vəsаiti ахınının hərəkətinin prоqnоzlаşdırılmаsı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adını “Büdcə planlama və hesabatlıq üzrə bölmə rəhbəri``qeyd etməklə göndərə bilərlər.

 

Auditor (Maliyyə-mühasibatlıq üzrə)

 Son tarix 16 iyl 2022 - [email protected]

Tələblər: 

Ali təhsilli (Mühasibat uçotu və audit, iqtisadiyyat, maliyyə) olmalı;

Mühasibatlıq və ya audit sahəsi üzrə minimum 3 il təcrübəsi olmalı;

Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydalarını bilməli;

Vergi Məcəlləsinin tətbiq edilməsində təcrübəsi olmalı;

Audit standartlarını bilməli;

Audit yoxlamaları sonrası hesabat hazırlanması qaydalarını bilməli; 

Stress altında çalışa bilməli;

Bölgələrə ezamiyyətə gedə bilməli.

İş haqqında:

Dövri olaraq iş yerlərinin maliyyə və mühasibatlıq auditlərini həyata keçirmək;

Aparılan auditlərin hesabatlarının hazırlanması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına ``Auditor (maliyyə -mühasibatlıq)`` başlığı ilə göndərə bilərlər. 

 

 

Maliyyə analizi üzrə baş mütəxəssis (Bakı və bölgə)

 Son tarix 16 iyl 2022 - [email protected]

Namizədə aid tələblər:

Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır); 

Aidiyyatı sahə üzrə minimum 3 illik iş təcrübəsi;

Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;

Yüksək analitik qabiliyyət və problem həll etmə bacarığı;

Ezamiyyətlərə hazır olmalı (ölkədaxili və ölkəxarici);

Təzyiqaltında çalışa bilməli;

Eyni vaxtda bir neçə işə fokuslana bilməli;

Rus və İngilis dillərini yaxşı səviyyədə bilməli;

Beynəlxalq mühasibatlıqla bağlı olan sertifikatların (ACCA F3, F7) olması əlavə üstünlükdür .

İş haqqında məlumat:

Maliyyə cədvəllərinin hazırlanması;

Pərakəndə müəssisələrdən gələcək olan raportlara əsasən data analizi aparılması;

Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi;

Maliyyə cədvəlləri vasitəsilə layihə mənfəətinə təsir edən amillərin qarşısının alınması;

Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün maliyyə nisbətlərin hesablanması;

Maliyyə riskinin müəyyən edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına ``Maliyyə analizi üzrə baş mütəxəssis ( Bakı və ya bölgə)`` başlığı ilə göndərə bilərlər. 

 

Baş mühasib (Bakı və bölgələr)

 Son tarix 16 iyl 2022 - [email protected]

Namizədə aid tələblər:

Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);

Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;

Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;

Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;

Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)

MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;

ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli

İş haqqında məlumat:

Vergi, statistika və DSMF hesabatların hazırlanması;

Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;

Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;

Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;

Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.

İş yeri: Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına ``Baş mühasib (Bakı və ya bölgə)`` başlığı ilə göndərə bilərlər. 

 

Brend Menecer

 Son tarix 16 iyl 2022 - [email protected]

Tələblər: 

Marketinq sahəsi üzrə ali təhsilli olmalı;

Müvafiq sahədə ən az 5-7 illik iş təcrübəsi olmalı;

Rus və İngilis dillərini yüksək səviyyədə bilməli;

MS office proqramlarını bilməli;

Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür;

Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləməyi bacarmalı, iqtisadi vəziyyətə görə analizetmə, daxili bazara təsir edə biləcək təhlilləri verəbilmə bacarığına sahib olmalı;

FMCG sektorunda təcrübəsi üstünlükdür.

İş haqqında:

İllik satış və marketing büdcələrinin hazırlanmasında iştirak edir;

Təsdiqlənən illik fəaliyyət planı çərçivəsində üzərinə düşən çalışmaları icra edir;

Hədəf qrupunun (target group) xüsusiyyətlərini araşdırır, onların satınalma davranışlarını izləyir, yeni istehlakçı sinfinin yaradılması istiqamətində təkliflər hazırlayır;

Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparır;

Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini verir;

Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirir;

Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə aparılmasına nəzarət edir;

Reklam (TV, açıq hava, radio, mətbuat) briflərini, POP materiallarını, satış promo materialların ilkin variantlarını hazırlayır və işin gedişatına nəzarət edir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına ``Brend Menecer `` başlığı ilə göndərə bilərlər. 

 

 

Tibbi Koordinator

 Son tarix 16 iyl 2022 - [email protected]

Tələblər: 

Tibb sahəsi üzrə ali və ya orta ixtisas təhsilli olmalı; 

İş təcrübəsi 1 ilə qədər (sığorta sahəsində olması arzu olunandır) olması arzu olunandır; 

Microsoft Office proqramları ilə işləyə bilməli; 

Rus və ingilis dilləri bilməsi üstünlükdür; 

Diksiyası düzgün, xoş səsə, aydın nitqə malik olmalı; 

Telefonda lazımlı və effektiv ünsiyyət qabiliyyətinə sahib olmalı; 

Ünsiyyətcil, müştəri yönümlü, stressə davamlı, məsuliyyətli, nəzakətli və punktual olmalı; 

Analitik düşüncə tərzi, dəyərləndirmə qabiliyyətinə malik olmalı; 

Kollektivdə işləmək qabiliyyəti olmalı.

İş haqqında:

Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək; 

Sığorta hadisələri üzrə daxil olan müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək; 

Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək; 

Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq; 

Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq; 

Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən müştərilərin razı olub-olmadıqları barədə məlumatı almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları apararaq şikayətin əsas səbəbini araşdırmaq; 

Müştəri məmnuniyyəti ilə bağlı hesabatları hazırlamaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına ``Tibbi Koordinator`` başlığı ilə göndərə bilərlər. 

 

Müştəri ximətləri üzrə baş mütəxəssis
Son tarix 16 iyl 2022 - [email protected]

Əsas tələblər:
Ali təhsili olmalı;
Komandada işləmək bacarığı olmalı; 
İngilis və  Rus dili bilgisi olmalı;
Müştəri xidmətləri sahəsi üzrə 3 il iş təcrübəsi olmalı;
Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
Mükəmməl təqdimat bacarığı olmalı.
Vəzifə təlimatı:
Daşınmaz əmlak bazarında həyata keçirilən kampaniyalarla bağlı müştəriləri düzgün məlumatlandırmaq; 
Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək, müştərilərə yüksək səviyyəli xidmət göstərmək, onlara məhsul seçimi üçün optimal şərait yaratmaq və məsləhələr vermək, alış üçün seçim variantları təklif etmək;
Daşınmaz əmlak layihələri üzrə işlərin təqibi və PDF təqdimatların hazırlanması;
Yeni müştərilərin axtarışı və cəlb olunması;
Rəhbərlik tərəfindən tələb olunan hesabatları zamanında təqdim etmək; 
Daşınmaz əmlak bazarının öyrənilməsi və bankın satış strategiyasına uyğun müştərilərin cəlb edilməsi.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərlər.

Email-in mövzu hissəsində “Müştəri xidmətləri üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

Texniki xidmət şöbəsinin baş mütəxəssis

Son tarix 16 iyl 2022 -  - [email protected]

Namizədə aid tələblər:
Ali təhsili (Texniki sahə üzrə) olmalı; 
Minumum 3-5 il İT sahəsi üzrə iş təcrübəsi olmalı;
Liderlik qabilyyəti, ünsiyyət və komandada işləmək bacarıqları olmalı; 
Azərbaycan və İngilis dili bilikləri olmalı; 
Kompüter avadanlıqlarının və onların proqram təminatının iş rejimi, periferiya avadanlıqlarının konstruksiyasını və işləmə prinsipləri biliyi olmalı; 
Həm fərdi, həm qrup şəklində işləmək, təhlil etmə, hesabat vermə və problemləri müstəqil həll etmə bacarığı olmalı;
Windows Əməliyyat sistemi, və server ailəsi məhsulları barəsində geniş təcrübə və bilikləri olmalı; 
Sistem mühəndislyi bilikləri, sertifikatlar (CA) barəsində bilik və təcrübəsi olmalı; 
Şəbəkənin əsasları, OSİ modeli bilikləri. VPN, TLS, Firewall protocol və texnlogiyalarının iş prinisipi barəsində məlumatlı olmalı;
Active Directory, Microsoft Exchange serverlərinin opertor səviyyəsində idarəsi təcrübəsi. İnformasiya təhlükəsizliyi prinsipləri, gizlilik barəsində məlumatlı olmalı.
İş haqqında məlumat:
İT aktivlərinin (proqram və avadanlıq) idarəlunması və nəzarət;
Kiçik və orta İT layihələrin aparılması;
İstifadəçi sorğularının, texniki problemlərinin idarəedilməsi və texniki xidmət işinin təşkili; 
İT Departamenti üzrə müqavilə, daxili sənədləşmə, qayda və prosedur işinin təşkili;
Daxili şəbəkənin qurulması, kabel (cat5/cat6) infrastukturuna nəzarət. Nasazlıqların aradan qaldırılması; 
LAN, Modem, Switch, Accesspoint, patchpanel quraşdırılması və ilkin sazlamaları; 
Kamera avadanlıqlarının iş prinsipinə (NVR/DVR)) nəzarət;
Görüntülərin saxlanılması, səlahiyyətlərin idarəedilməsi, İP kameraların qurulması;
Kompüter, İP telefon və digər periferiya avadanlıqlarının (Printer) qurulması, diagnostikası və ilkin təmiri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına ``Texniki xidmət şöbəsinin baş mütəxəssisi`` başlığı ilə göndərə bilərlər. 

 

Həkim
 Son tarix 16 iyl 2022 - - [email protected]

Namizədə aid tələblər:
Ali Tibbi təhsil;
Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
MS Office proqramlarında işləmə bacarığı;
İlkin tibbi yardım qaydalarını bilməlidir.
İş haqqında məlumat:
Xəstələrə tam həcmdə ilk həkim yardımının göstərilməsi;
İlk həkim yardımından sonra xəstənin xəstəxanaya göndərilməsi və ya ehtiyac olan zaman müşayiət edilməsi;
Cərrahi əməliyyatdan sonra tibb məntəqəsinə müraciət edən işçilərin sarğılarının dəyişdirilməsi;
Cərrahi tikişlərin sökülməsi;
Xəstəlik vərəqələrinin yoxlanılması;
Hesabatların hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adını “Həkim qeyd etməklə göndərə bilərlər.

 

Mühasib (Bakı və bölgələr)

Son tarix 16 iyl 2022 - [email protected]

Namizədə aid tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat və ya mühasibatlıq ixtisası üzrə);
Mühasibatlıq sahəsi üzrə təcrübə (minimum 1 il);
Vergi məcəlləsini bilməli;
Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
1C, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
Müəssisədə mühasibat uçotunun forma və metodlarını bilməlidir.
İş haqqında məlumat:
Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına nəzarət edilməsi, gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması;
Hesablamaların yoxlanılması və dəqiqliklə hesablar sisteminə köçürülməsi.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına mövzu hissəsində vəzifənin adını “Mühasib (Bakı və ya bölgələr)” qeyd etməklə göndərə bilərlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...