Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70337
az

"Bizim Market" işçilər axtarır - VAKANSİYALAR

00:1503 İyun, 2022
404
ELANLAR
  • A

İnventarlaşdırma üzrə mütəxəssis

Son tarix 01 iyl 2022 - Müraciət et
 

Namizədə olan tələblər:

Dəqiqlik, məsuliyyətlilik və dürüstlük;

Rizayi biliyi və məntiqi təfəkkürü olmalı;

Pərakəndə sektorunda təcrübəli olmalı;

Komanda ilə işləmək qabiliyyəti;

Səbrli və nəzakətli;

İşgüzar və hədəfyönlü;

Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

İş haqqında məlumat:

Vaxtaşırı olaraq əsas vəsaitlərin təftişinin həyata keçirilməsi (mağaza vitrinləri);

Müəssisələrdə əsas vəsaitlərin uçotunun aparılmasına nəzarətin həyata keçirilməsi;

Əsas vəsaitlər siyahısının mütəmadi yenilənməsinin təşkil olunması;

Aşkar olunan çatışmamazlıqlar barəsində hesabatların hazırlanması.

İş şəraiti:

5 günlük iş həftəsi  (ayın müəyyən günləri gecə növbəsi);

Nahar şirkət tərəfindən təmin olunur;

Əmək haqqı 400 AZN+bonuslar.

Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.

 

Qrafik Dizayner

 Son tarix 01 iyl 2022 - Müraciət et

Vəzifə öhdəlikləri:

Reklam kampaniyalarının qrafik hissəsinin hazırlanması;

Jurnal və kataloqların hazırlanması;

Plakatların, sütunların, bannerlərin hazirlanması;

Sosial Media postlarının hazırlanması;

Korporativ stilin elementlərinin hazırlanması: endirim kartları, açıqça, flayer, təqvimlərin və s . hazırlanması;

Marketinq layinhələrinin vizuallaşdırılması;

Poliqrafik məhsulların hazırlanması.

Tələblər:

Qrafik dizayner kimi minimum 2 il iş təcrübəsi;

Qrafik dizayn bilikləri;

Mağaza üçün çöl reklamları üzrə istehsalat və dizayn bilikləri;

Sosial şəbəkələr üçün reklam bannerlərinin tərtibatı;

Qrafik proqram bilikləri: Corel Draw, Photoshop, Adobe Illustrator; (Adobe Aftereffect bilməyi üstünlükdür)

Portfolionun olması mütləqdir.

Şəxsi keyfiyyətlər:

Detallara diqqətli

Məsuliyyətli

İş şəraiti:

İş rejimi: I-V günlər, 09:00-18:00

Nahar yeməyi təmin edilir;

Korporativ nömrə.

Əmək haqqı: 800-1000 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

 

Merçendayzer

 Son tarix 01 iyl 2022  - Müraciət et

İş haqqında məlumat:

Məhsulları təhkim olunmuş mağazalarda şirkətin merçendayzinq standartlarına uyğun rəflərdə yerləşdirilməsini təmin etmək;

Təyin edilmiş rut üzrə mağaza ziyarətlərini həyata keçirmək;

Endirimdə olan və ya hədiyyəli məhsullar barədə müştəriləri məlumatlandırmaq, rəflərdə bu barədə etiketlənmələri həyata keçirmək;

Ehtiyac olduqda Şirkət məhsullarının müxtəlif çəkilərdə mağazada paketlənməsini təmin etmək;

Şirkətin fəaliyyətinə mane olan halları aşkarlamaq və supervayzerə bu barədə məlumat vermək;

Satış nöqtələrində şirkət məhsullarının satışının stimullaşdırılmasına dəstək olmaq;

Rəhbərlik tərəfindən verilən digər tapşırıqları tam və vaxtında icra etmək.

Namizədə olan tələblər:

Təcrübə 1 ildən artıq;

Məhsulların satış nöqtələrində sərgilənmə texnikalarını bilmək;

Effektiv ünsiyyət və danışıqlar aparma qabiliyyəti;

Dəyişkən iş mühitinə adaptasiya bacarığı olmaq;

Daxili nizam-intizam qaydalarına əməl etmək;

Özünə əminlik və kreativlik.

İş şəraiti: 

6 günlük növbəli iş qrafiki;

Şirkət hesabına nahar;

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

Karyera yüksəliş imkanı.

Əmək haqqı: 500-600 AZN

Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər.  

 

Satış analitiki

 Son tarix 01 iyl 2022 -  Müraciət et

Vəzifə öhdəlikləri:

Satışların və kampaniyaların analizi;

Günlük, həftəlik və aylıq hesabatların tərtib olunması;

KPI hədəfləri üçün təhlillərin aparılması;

Məlumatların toplanması və emal olunması;

Hesabatların müqayisəsi, fərqlərin araşdırılması;

MİS-in (Management İnformation System) qurulması və işləkliyinin təmin edilməsi.

Tələblər:

Ali təhsil;

Analitik düşüncə;

Müvafiq sahə üzrə 1- ildən artıq  iş təcrübəsi;

Alqoritm qurma bacarığı və analitik – alqoritmik düşünmə qabiliyyəti;

Excel üzrə Advanced səviyyədə biliklər;

Python proqramlaşdırma dili üzrə biliklər;

SQL üzrə biliklər.

İş şəraiti:

5 günlük iş həftəsi;

Əmək Məcəlləsinə əsasən sənədləşmə;

Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur.

Əmək haqqı: 1000-1500 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

 

Satıcı

Son tarix 01 iyl 2022 - -  Müraciət et

İş haqqında məlumat:

Vitrinlərin doldurulması, satışın həyata keçirilməsi;

Müştərilərə yüksək səviyyədə xidmət göstərmək .

Namizədə olan tələblər:

Dürüstlük, dəqiqlik və məsuliyyətlilik;

Ünsiyyətcil, gülərüz və müştərilərlə xoş ünsiyyət qurmaq bacarığı.

İş şəraiti:

6 günlük növbəli iş qrafiki;

Şirkət hesabına nahar;

Şirkət daxili təlim və inkişaf imkanları;

Əmək haqqı 320 manat;

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

Karyera yüksəlişi imkanı.

Vakansiya ilə maraqlanan namizədlər aşağıdakı link üzrə keçid ederək müraciət edə bilər. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucuz qiymətə ev və obyekt satılır - TƏCİLİ
"Az-Granata" işçi axtarır - MAAŞ 1500-1800 MANAT
TƏCİLİ! Ankarada yaşayan azərbaycanlı gəncə təcili qan lazımdır

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
İtkin düşən     3 nəfər       tapıldı