Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68938
az

Azərbaycanın məşhur şirkəti işçilər axtarır - MAAŞ 3000-4000 MANAT 

20:1329 Aprel, 2022
7262
ELANLAR
  • A

Millikart LLC

Şəbəkə administratoru
Son tarix 26 may 2022 - [email protected]

İş barədə məlumat:
LAN/WAN şəbəkəsi və IT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması
Şəbəkə avadanlıqlarının (router, switch və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq
Router, Switch və Firewall-ları təhlükəsizlik standartlarına uyğun olaraq hazırlamaq
Şəbəkə problemlərini müəyyən edib həll etmək
Şəbəkə dayanıqlığını təmin etmək üçün tədbirlərinin görülməsi
Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq
L2 və L3 topologiyalarını planlamaq və həyata keçirmək
Ayrılmış IP- ünvanların vaxtında qeydiyyata alınması
İstifadəçilər üçün internet və elektron ünvanların sazlanması
Şəbəkənin yüklənməsi və trafikin optimallaşdırılması
Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən, yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi
IT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək
VPN texnologiyalari ilə iş bacarığı
Linux əməliyyat sistemi üzrə iş bacarığı
İş vaxtı: I-V günlər, saat 09:00-dan 18:00-dək
İstirahət günləri - şənbə və bazar
Namizədə olan tələblər:
Ali təhsil
Tələb olunan sahə üzrə minimum 5 (beş) il iş təcrübəsi olmalıdır
LAN/WAN, VPN texnologiyaları üzrə mükəmməl biliklər
Korporativ şəbəkənin iş prinsipləri üzrə biliklər
Switch, router, firewall avadanlıqlarının konfiqurasiyası, sazlanması və quraşdırılması üzrə biliklər
Network istehsalçı firmalarının (Cisco, Fortigate, Dell, HP və s.) məhsulları haqqında bilik və təcrübəsi olan
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
Texniki təlimatları oxuya biləcək səviyyədə İngilis dili biliyi
Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır)
Cisco Systems sertifikalarına (CCNP, CCDP) sahib olmalıdır 
Komandada işləmək bacarığı, aktivlik, məsuliyyətlik, diqqətlilik, çalışqanlıq, öyrənmə qabiliyyəti olmalıdır
Müvafiq sənədləşmə işlərini aparmaq qabiliyyəti olmalıdır
İcraedici
Vaxtını düzgün idarə edə bilməsi
Nəticə yönümlü
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq 3000 – 4000 AZN-dən başlayaraq təyin ediləcəkdir.

Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində “Şəbəkə administratoru” qeyd etməklə e-mailinə göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət qurumu Qarabağda işçi axtarır - VAKANSİYA
Şuşada işləmək üçün işçi axtarılır- VAKANSİYA

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ