Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99284
az

İsveç Ukraynaya yeni yardım paketi elan edib

18:5211 Dekabr, 2023
129
DÜNYA
  • A

İsveç hökuməti Ukraynaya 134 milyon dollar məbləğində yeni yardım paketi elan etmək niyyətindədir.

 

Oxu24.com  xəbər  verir  ki,Bu barədə baş nazir Ulf Kristersson və beynəlxalq əməkdaşlıq naziri Yohan Forssel brifinqdə bildiriblər.

 

“Bu, İsveçin Ukraynaya ikitərəfli yardımı çərçivəsində ən böyük dəstəkdir”, - Kristersson aydınlıq gətirib.

 

Vəsaitlər ümumi xarici yardım büdcəsindən ayrılacaq. O cümlədən 86 milyon dollar Dünya Bankı tərəfindən Ukraynada əsas infrastrukturun dəstəklənməsi üçün yaradılmış fonda.

 

Daha 28,7 milyon dollar Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yaradılmış Kiyev üçün Ətraf Mühit və Enerji Fonduna köçürüləcək.

 

Bundan əlavə, BMT-nin ərzaq proqramlarına 9,6 milyon dollar, məktəblərdə və uşaq bağçalarında sığınacaqların tikintisi üçün 7,2 milyon dollar YUNESKO-ya ayrılacaq, 2,4 milyon dollar isə mülki müdafiə və fövqəladə hallar idarələri vasitəsilə bölüşdürüləcək.

 

Dekabrın 11-də Avropa Parlamenti Ukraynanın Aİ-yə qəbulunu saat bombası adlandırıb.

 

Bundan əvvəl Borrell bildirib ki, Ukraynaya hərbi yardımdan imtina etmək sülhə gətirib çıxarmayacaq.

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bryansk vilayəti üzərində pilotsuz təyyarə məhv edilib
Dəhşətli qətl: azərbaycanlı iş adamı oğlu tərəfindən döyülərək öldürüldü
Xameneinin bu kitabla bağlı dedikləri gülüşlə qarşılandı

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu