Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99279
az

İran və Venesuela nefti “öldürdü”

16:5211 Dekabr, 2023
170
DÜNYA
  • A

SP Global Commodity Insights analitikləri qeyd ediblər ki, İran və Venesuela noyabr ayında neft hasilatını əhəmiyyətli dərəcədə artırıb.

 

Oxu24.com xəbər  verir  ki,bu, digər OPEC+ ölkələrinin hasilatın azalmasını kompensasiya edib.


Amerika sanksiyaları altında olan İran və Venesueladan OPEC+ kvotalarına əməl etmək tələb olunmur. İran gündəlik hasilatı 50 min barel, Venesuela isə 40 min barel artırıb.

 

Onlardan əlavə, Azərbaycan və Qabon da neft hasilatını - müvafiq olaraq 10 və 20 min barel artırıb, nəticədə gündəlik hasilatın ümumi həcmi 120 min barel artıb.

 

Qeyd edək ki, noyabr ayına olan məlumata görə, Azərbaycanın OPEC+ sazişi çərçivəsində neft hasilatı kvotası sutkada 684 min barel olub. SP Global Commodity Insights-ın məlumatına görə, Azərbaycan noyabrda OPEC+ kvotasından sutkada 194 min barel geriləyib. Ümumilikdə OPEC+ ölkələri noyabrda hasilatı 230 min barel azaldıb.

Ekspertlər vurğulayırlar ki, ixracatçı ölkələr arasında kvota ilə bağlı konsensusun olmaması bazara ciddi təzyiq göstərir. Nigeriya, Anqola və BƏƏ hasilatı azaltmağa hazır deyil.

 

O da qeyd olunur ki, qiymətlərin enməsinə ABŞ-da neft hasilatının artması da təsir edib. Bundan əlavə, bazarda qiymət sövdələşməsi ilə bağlı fikir var ki, bu da ABŞ-ın ölkənin Strateji Neft Ehtiyatını doldurması üçün faydalıdır. Bayden administrasiyası 2024-cü ilin may ayına qədər ehtiyatı artırmaq üçün neft almağı planlaşdırır.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Peskov və Patruşevlə bağlı qərar verdi
Putinin Çinə gedəcəyi tarix açıqlandı
Türkiyədə FETÖ-nün 544 üzvü saxlanıldı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
“Azəriqaz”ın direktor müavininin bacanağı hakim qarşısına çıxarıldı