Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98979
az

ABŞ hərbi təyyarəsinin 6 ekipaj üzvünün cəsədi tapılıb

20:2805 Dekabr, 2023
140
DÜNYA
  • A

Ötən həftə Yaponiyanın cənub sahillərində qəzaya uğrayan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “CV-22 Osprey” tipli hərbi-nəqliyyat təyyarəsinin 6 ekipaj üzvünün cəsədi tapılıb.

 


Oxu24.com  xəbər  verir  ki,Rəsmi Kyodo agentliyinin məlumatına görə, Yaponiya Sahil Mühafizəsi ötən həftə ölkənin cənubundakı Yakuşima adasının sahillərində qəzaya uğrayan göyərtəsində 8 nəfərin olduğu ABŞ ordusuna məxsus hərbi təyyarə ilə bağlı açıqlama verib.

 

Açıqlamada bildirilib ki, Yaponiya Özünümüdafiə Qüvvələri (SDQ), Sahil Mühafizəsi və yerli balıqçılarla əməkdaşlıq çərçivəsində aparılan işlərdə indiyədək təyyarənin 6 ekipaj üzvünün cəsədi tapılıb. 2 nəfərin axtarışları davam etdirilir.

 

Tokionun qərbindəki Yokota aviabazasında fəaliyyət göstərən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "CV-22 Osprey" nəqliyyat təyyarəsi noyabrın 29-da yerli vaxtla saat 14.40 radələrində ölkənin cənubundakı Yakuşima adasının sahillərində qəzaya uğrayıb.

 

Yaponiyanın müdafiə naziri Kihara Minoru qəzadan sonra verdiyi açıqlamada ABŞ-ı bu təyyarələrin təhlükəsizliyini təsdiqləməyə çağırıb.

 

Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada "CV-22 Osprey" tipli nəqliyyat təyyarəsinin hələlik yerdə saxlanacağı bildirilib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanın baş naziri etirazları dəstəkləyən Avropa Şurasının rəhbərinə cavab verib
Şoyqu Şimal Hərbi Dairəsinin fərqlənən iştirakçılarına medallar təqdim edib
Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil