Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98883
az

Ermənistan yeni fransız silahları aldı

19:3203 Dekabr, 2023
136
  • A

Fransanın “Arquus” qrupunun istehsalı olan “Bastion” tipli 24 zirehli texnika Ermənistana göndərilib.

 

Oxu24.com  xəbər   verir  ki,bunlara hazırda istehsalda olan eyni tipli daha 26 maşın əlavə edilməlidir.


Bu yaxınlarda Ermənistan Fransanın “Thales” şirkətindən üç GM2 200 radarına dair sifariş imzalayıb.

 

MISTRAL 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılır.

 

2023-cü il oktyabrın 23-də Fransanın müdafiə naziri Sebastien Lekornu bildirib ki, Fransa üç GM 200 radarının satışı və gələcək “Mistral” zenit-raket komplekslərinin tədarükü ilə bağlı saziş vasitəsilə Ermənistana hava hücumundan müdafiə imkanlarını təkmilləşdirməyə kömək edir.

 

O, həmçinin qeyd edib ki, Fransa Ermənistana qurudan müdafiə qüvvələrini hazırlamağa kömək edəcək və ölkənin silahlı qüvvələrinin islahatları və modernləşdirilməsi üzrə səylərini dəstəkləyəcək.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Rusiyada işsizliyin tarixən aşağı olduğunu açıqlayıb
Qarabağdakı sülhməramlıların komandanı
Türkiyədə üç mütəşəkkil cinayətkar qruplaşma zərərsizləşdirildi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi