Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98875
az

Rusiya hərbçiləri Suriya sakinlərinə humanitar yardım təhvil verib

18:2103 Dekabr, 2023
107
DÜNYA
  • A

Rusiya hərbçiləri Suriyanın Rif Dəməşq əyalətinin El Ateiba kəndinin sakinlərinə humanitar yardım təhvil verib.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə Rusiya Müdafiə Nazirliyinin Telegram kanalı məlumat yayıb.

 

Hərbçilərin hər birinin çəkisi 10 kq olan 300 ərzaq bağlaması payladığı qeyd edilir.

 

Hərbçilər müalicəyə ehtiyacı olanlar üçün də müvəqqəti tibb məntəqəsi yaradıb, yerli sakinləri müayinə edib, onlara lazım olan bütün dərmanları veriblər.

 

Humanitar yükə bir ton geyim də daxildir.

 

Bundan əvvəl məlum olub ki, Rusiya Aerokosmik Qüvvələri yerin altında yerləşən suriyalı yaraqlıların sığınacaqlarında yerləşən idarəetmə mərkəzini vura bilib.

 

Bunu Rusiya Müharibə edən Tərəflərin Barışıq Mərkəzinin (CPVS) Ərəb Respublikasındakı rəhbərinin müavini, kontr-admiral Vadim Kulit deyib.

 

Qeyd olunur ki, Rusiya hərbçiləri Suriya hökumət qüvvələrinin atəşə tutulmasında iştirak edən yaraqlıların mövqelərinə zərbələr endirib.

 

Bundan əvvəl Suriya İsraili Qəzzada beynəlxalq humanitar hüququ pozmaqda ittiham edib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rus səfir qəfil öldü
İlon Mask müəllif hüquqlarını
ABŞ Çinin ən böyük ticarət tərəfdaşına çevrilib

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı