Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98851
az

ŞOK! İsrail İran qüvvələrini vurdu: Ölənlər var

16:5602 Dekabr, 2023
384
DÜNYA
  • A

İran mediası  İsrailin Suriyaya hücumu nəticəsində İnqilab Keşikçiləri Ordusunun 2 əməkdaşının öldüyünü açıqlayıb.

 

Oxu24.com xəbər  verir  ki,Hücumda həyatını itirən əsgərlərin Suriyada hərbi müşavir kimi xidmət edirmiş.

 

İsrail bu gün səhər saatlarında Suriyanın paytaxtı Dəməşq ətrafında raket hücumu həyata keçirib. İran, bu hücumda İnqilab Keşikçiləri Korpusunun bölgədə hərbi məsləhətçi kimi xidmət etdiyi deyilən 2 üzvünün həyatını itirdiyini açıqlayıb.


Suriya milli televiziyasının xəbərinə görə, İsrail Suriyaya qarşı hücumları çərçivəsində bu gün səhər tezdən Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı hərbi məntəqələri raket hücumu ilə vurub.

 

Bu arada Suriya ordusu qısa açıqlama verərək bildirib ki, İsrail yerli vaxtla saat 01.35 radələrində Qolan təpələri istiqamətindən Dəməşq ətrafındakı bəzi hərbi məntəqələri hədəf alan hava hücumu həyata keçirib. Açıqlamada, hava hücumundan müdafiənin raketlərin çoxunun vurulduğu və itkilərin maddi ziyanla məhdudlaşdığı bildirilib.

 

İnqilab Keşikçiləri Ordusundan verilən yazılı açıqlamada, İsrailin Suriyada təşkil etdiyi hücumda Məhəmməd Əli Atayi Şurçe və Pənah Təkizadə adlı iki şəxsin öldüyü  bildirilib.

Hücumda həyatını itirən İnqilab Keşikçiləri Ordusunun iki əsgərinin Suriyada “hərbi məsləhətçi” olduğu qeyd edilib.

İsrail son illərdə Suriyadakı İranla əlaqəli hədəflərə və İranın dəstəklədiyi Livan milisləri olan Hizbullaha silah daşıyan karvanlara qarşı yüzlərlə hava hücumu təşkil edib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyə ordusu daha 15 terrorçunu zərərsizləşdirib
NATO Baş katibi Kiyevdə
Jerar Depardye Parisdə saxlanıldı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Generalın məhkəməsində ŞOK İFADƏ: