Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98717
az

Casusluqda təqsirli bilinən amerikalı  Mordoviyadakı koloniyada döyülüb

19:4629 Noyabr, 2023
135
DÜNYA
  • A

Casusluqda təqsirli bilinən amerikalı Pol Uilan cəzasını çəkdiyi Mordoviyadakı 17 saylı islah koloniyasında döyülüb.

 

Oxu24.com   xəbər  verir   ki,bu barədə Respublika Federal Penitensiar Xidmətinin mətbuat xidməti məlumat yayıb.

 

İdarədən verilən məlumata görə, hadisə  istehsalat zonasının ərazisində baş verib.

 

Uilan ilə başqa bir məhbus arasında məişət mübahisəsi yaranıb.

 

RİA Novosti-nin sitat gətirdiyi bəyanatda deyilir: "P. Uilan ilə digər məhkum arasında münaqişə yaranıb. Sonuncu əli ilə Uilan üzünün sol tərəfinə vurub".

 

Xidmətdən bildirilib  ki, koloniya əməkdaşları əlbəyaxa davanı dərhal dayandırıb və iştirakçıları müayinə üçün həkimə göndərib. Uilanın gözünün altında sıyrıq olduğu aşkarlanıb.

 

Hadisənin müşahidə kameraları tərəfindən lentə alındığı da bildirilir.

 

Hadisə ilə bağlı araşdırma aparılıb.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Patriot” hava hücumundan müdafiə sistemləri Ukraynanı xilas etmir
Türkiyə Qərbin Rusiyaya qarşı çəkisi rolunu açıqlayıb
Şolz: Almaniyaya ukraynalılar lazımdır

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı