Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98174
az

Məşhur cütlüyünün vəkili etiraf etdi: “İnternet üzərindən etdikləri satışlar belə...” - FOTO

11:5019 Noyabr, 2023
159
DÜNYA
  • A

Çirkli pulların yuyulması, vergidən yayınma və təşkilat üzvü olmaqda ittiham edilərək həbs edilən Dilan Polat və Engin Polat cütlüyünün vəkili danışıb.

OXU24.COM  oxu.az-a istinadən xəbər verir ki, cütlüyün maliyyə işlərini aparan vəkil Ahmet Gün peşman olduğunu etiraf edərək azadlığa buraxılması üçün bəzi açıqlamalar verib.

Həbsxanadan jandarmların müşayiəti ilə prokurorluğa aparılan və 3 saat ifadə verən Ahmet Gün Polat ailəsinin milyonlarla lirəlik saxta qaimə təqdim etdiyini və internet üzərindən edilən satışların real olmadığını nəzərə çatdırıb.

Ahmet Gün qeyd edib ki, cütlüyün saxta qaimə verdiyi şirkətlərdən biri olan "BYZ Gün Güzellik Kozmetik İthalat İhracat Sanayi ve Ticaret" şirkəti onun öz qızına məxsus olub. O, şirkətlərin saxta qaimə vermək üçün yaradıldığını vurğulayıb və başında da Engin Polatın atası Sezgin Polatın dayandığını iddia edib.

"Dipomed Medikal Kozmetik", "Rise And Shine" və "DP Güzellik A.Ş." şirkətləri üçün saxta qaimə verildiyini deyən vəkil ailənin internet üzərindən etdiyi "Rise And Shine" satışlarının çox görünməsi ilə bağlı da danışıb. "Ləğv edilən şirkətlərdən saxta qaimə hazırlanması məqsədilə istifadə edilirdi", - deyə o qeyd edib.

Lakin prokurorluq Ahmet Günün verdiyi məlumatların səthi və qeyri-kafi olduğu qənaətinə gəlib və onun azadlığa buraxılması tələbi rədd edilib.

Ahmet Gün ifadə verdikdən sonra Mərmərə Həbsxanasından Tekirdağ Qapalı Cəza Müəssisəsinə göndərilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkdar artist soyunub qarda gəzdi - VİDEO
Messi bu qadına görə həyat yoldaşından boşanır? - FOTO
Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTOlar

Astrofiziklər Süd Yolunun mərkəzindən qəribə radiasiya emissiyalarının mənbəyini tapıblar

18+

Metroda dəhşət: Kişi belə öldü  (18+VİDEO)
Qorxunc görüntülər: Uşaqlar ərazidən qaçdılar
Sink qaraciyərin müalicəsi ola bilər
Prokuror Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il həbs cəzası istəyib