Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97807
az

HƏMAS yaxın günlərdə bir neçə girovu azad etməyi planlaşdırır

20:0312 Noyabr, 2023
106
DÜNYA
  • A

Misir hakimiyyəti İsraili Fələstinin HƏMAS hərəkatının oktyabrın 7-də yəhudi dövlətinə hücum zamanı əsir götürdüyü bir neçə girovu yaxın günlərdə azad edəcəyi barədə məlumatlandırıb.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

 

Telekanalın məlumatına görə, İsrail girovların birinci qrupu azad edilənə qədər hər hansı formada atəşi dayandırmaqdan və Qəzza zolağına yanacaq verməkdən imtina edib.

Bundan əvvəl Fələstinin HƏMAS hərəkatının nümayəndələri İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında Əl-Şifa xəstəxanası ətrafında apardığı əməliyyatlara görə girovlarla bağlı danışıqları dayandırıb.

İsrailin baş naziri Benyamin Netanyahu CNN telekanalına müsahibəsində bildirib ki, ölkə hakimiyyəti Qəzza zolağında mülki əhalinin itkilərini minimuma endirməyə çalışır.

Oktyabrın 7-də Fələstin HƏMAS hərəkatı İsrail ərazisinə bir neçə min raket ataraq Əl-Əqsa tufanı əməliyyatının başladığını elan edib.

Bundan əvvəl İsrail prezidenti İsaak Hersoq HƏMAS-ın komanda mərkəzinin Qəzza zolağının mərkəzi xəstəxanasının altında yerləşdiyini bildirib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanda bir neçə partiya parlamentin işini boykot edib
Rusiya XİN KTMT-nin 32 illiyi ilə bağlı məlumat yaydı
Tatarıstanda Ukrayna PUA-sı vurulub

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu