Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97753
az

Rusların bu ölkəyə girişi qadağan edildi

21:3511 Noyabr, 2023
105
DÜNYA
  • A

Finlandiyanın cənub-şərqində yerləşən sərnişin axını baxımından ən böyük nəzarət-buraxılış məntəqələri noyabrın 9-dan etibarən Rusiya Federasiyasından velosipedlərlə ölkəyə girişi qadağan edib.

Söhbət Nuijamaa, İmatra və Sankt-Peterburqa ən yaxın - Vaalimaa keçid məntəqələrindən gedir.

Oxu24.com xəbər  verir  ki,bu barədə RİA Novosti-yə Vaalimaa keçid məntəqəsinin sərhəd zabiti məlumat verib.

"Noyabrın 9-dan Finlandiyanın cənub-şərqindəki bütün regionda qadağandır", - o, Rusiya Federasiyasından velosipedlə daxil olmağın mümkünlüyü ilə bağlı suala cavabında deyib.

Sərhədçi belə bir qadağanın hansı əsasla tətbiq edildiyini və bunun Finlandiyanın digər bölgələrindəki nəzarət-buraxılış məntəqələrinə aid olub-olmadığını açıqlamayıb.

Hadisə şahidlərinin sosial şəbəkələrdə verdiyi məlumata görə, Rusiya sərhədçiləri bu qadağa ilə bağlı velosipedçilərə xəbərdarlıq edirlər. Finlandiyadakı sərhəd keçidində Finlandiyaya velosipedlə girişi qadağan edən yol nişanları var. Finlandiya sərhədçiləri velosipedçilərə yeni qaydalar barədə məlumat verir və onları Rusiya Federasiyasına qaytarır.

Daha əvvəl Finlandiya prezidenti Sauli Niiniste ölkəsinin gələcəkdə Rusiya ilə sərhəddə “çətinliklərlə” üzləşəcəyini bildirib.

Bundan əvvəl məlum olmuşdu ki, Finlandiyanın 2023-2024-cü illərdə Rusiya Federasiyası ilə sərhəddə daha 72 km hasar çəkəcəyi bildirilir.

Sentyabrın 28-də Finlandiya və Norveçin Rusiyadan gələn avtomobillər üzərində sərhəd nəzarətini gücləndirdiyi bildirilir.

Bundan əvvəl Rusiya Finlandiya ilə transsərhəd əməkdaşlığa dair sazişi ləğv edib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cavanşir körpüsü sökülür? - VİDEO
HƏMAS İsraillə danışıqlar planlarını açıqlayıb
Zelenski təcili olaraq baş qərargah toplayıb

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...