Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97681
az

Macarıstan Rusiya qazına görə Bolqarıstanı məhkəməyə verir

19:4910 Noyabr, 2023
100
  • A

Macarıstanın Aİ məsələləri üzrə naziri Yanoş Boka bildirib ki, Budapeşt 2023-cü ilin sonuna qədər Rusiya qazının tranziti üçün ödənişlərin artırılması ilə bağlı Sofiyanı məhkəməyə verməyə hazırdır.

 

Oxu24.com xəbər verir  ki,Bokanın vətəndaşlara videomüraciəti o, Facebook-da yayımlayıb .

 

“Bu gün mən Avropa Komissiyasına məktub göndərərək, ondan Bolqarıstana qarşı öhdəliklərin pozulması ilə bağlı işlərə təcili başlamaq xahişi ilə müraciət etdim və Bolqarıstanı enerji rüsumlarının artırılmasını dondurmağa çağırdım”,-deyə o bildirib.

Rəsminin sözlərinə görə, Bolqarıstanın hərəkətləri daxili bazarın, gömrük ittifaqının və Avropa İttifaqının ümumi ticarət siyasətinin fəaliyyət prinsiplərini pozur.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Siyarto bildirmişdi ki, Avropa İttifaqı Macarıstandan Rusiya qazını almamağı tələb edir.

19 dekabr 2022-ci ildə Aİ Şurası Avropa İttifaqında qazın qiymətinin tavanının fevralın 15-dən 180 avro səviyyəsində tətbiq ediləcəyini açıqlayıb. 


Qazın qiyməti üç gün ərzində 180 avro səviyyəsində qalarsa və TTF birjasındakı qiymətlərlə mayeləşdirilmiş təbii qazın orta qiyməti arasındakı fərq 35 avrodan çox olarsa, qiymət “düzəlişinə” səbəb ola bilər. Bu tədbir avropalı istehlakçıları qaz qiymətlərindəki sıçrayışlardan qorumaq məqsədi daşıyır.

26 sentyabr 2022-ci ildə “Şimal axını” və “Şimal axını 2”nin üç xəttində zədələnmə və qaz sızması qeydə alınıb. Seysmoloqlar qaz kəmərlərinin marşrutları boyunca iki partlayış qeydə alıblar. Rusiya FSB beynəlxalq terror aktı ilə bağlı iş açıb. İsveç Prokurorluğu baş verənlərlə bağlı araşdırmalara başlayıb.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ onlarla Rusiya müəssisəsinə qarşı sanksiya tətbiq edib
Bəy gəlini
Avropada rus klassiklərinin nadir nəşrlərini kütləvi şəkildə oğurladılar