Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97607
az

İsrail ağ fosfor bombası ilə Livana hücum etdi

18:2709 Noyabr, 2023
169
DÜNYA
  • A

İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrinə ağ fosfor bombaları və ağır artilleriya atəşi ilə hücumlara başlayıb.

 

Oxu24.com xəbər verir ki,Livanın rəsmi agentliyi NNA-da dərc olunan xəbərdə İsrailin Livanın cənubuna hücumları ilə bağlı məlumat verilib.

 

İsrail ordusu Livan ərazisində yerləşən sərhəddəki Əl-Hiyam düzünə çoxlu sayda ağ fosfor bombası atıb.

Fosfor bombası səbəbiylə düzənliyə bir müddət “ağ duman” yayılsa da, ağ fosfor uzun müddət havada qalıb.

İsrail həmçinin Kefr Kella və Burj əl-Mülk şəhərlərinin ətrafını və Hamamis təpələrini ağır artilleriya atəşi ilə vurub.

İsrail-Livan sərhədində gərginlik davam edir

Hizbullah bəyanatında İsrail tərəfindəki Metula yaşayış məntəqəsinə idarə olunan raketlə hücum etdiyini açıqlayıb.

Sərhəddən İsrail ordusu ilə Hizbullah arasında toqquşma səsləri gəlməkdə davam edir.

Beynəlxalq Amnistiya Təşkilatı əvvəlki bəyanatında İsrailin Livanın sərhəd bölgələrinə ağ fosfor bombaları ilə hücumlar təşkil etdiyini bildirmişdi.

Livanın Kənd Təsərrüfatı Naziri Abbas Hacı Həsən noyabrın 2-də verdiyi açıqlamada İsrailin fosfor hücumu nəticəsində 40 min zeytun ağacının tamamilə yandığını açıqlayıb.

Oktyabrın 8-dən Livanın cənubunda İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda indiyədək 63 Hizbullah üzvü və 4 İsrail əsgəri həlak olub.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenski Xarkova getdi
Moldovalı müxalifət lideri Rusiya pasportu aldı
Avropa İttifaqı Gürcüstanın üzvlük ərizəsini dondurmağa hazırlaşır

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vardanyanın həbs müddəti uzadıldı