Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97601
az

Avropa Parlamenti rusların şəxsi avtomobillərinə qoyulan qadağanı hədsiz hesab edib

16:1109 Noyabr, 2023
114
DÜNYA
  • A

Avropa Parlamentinin (AP) deputatları Avropa Komissiyasına (AK) Rusiya vətəndaşlarının şəxsi avtomobillərinin regional birlik ölkələrinə idxalının qadağan edilməsi ilə bağlı tövsiyəyə yenidən baxılması tələbi ilə müraciət ediblər.

 

Oxu24.com xəbər verir ki, bunu Rusiya Federasiyasına qarşı sanksiyaların effektivliyinə dair qanunverici orqanın qərarı sübut edir.

 

Sənəddə qeyd olunduğu kimi, bu qadağa insanların şəxsi əmlakının ələ keçirilməsinə və müsadirə olunmasına gətirib çıxarır.

Parlamentarilər Moskvaya qarşı qoyulan məhdudiyyətlərin bu cür şərhini həddindən artıq hədsiz hesab ediblər.

Qətnamədə vurğulanır: “Sanksiyaların bu cür həddən artıq tətbiq edilməsi onların məqsədini, eləcə də sanksiya alətinin özünü nüfuzdan salır”.

Bununla bağlı deputatlar AK-yə Rusiya vətəndaşlarının şəxsi avtomobillərinin regional birlik ərazisinə keçməsinə qoyulan qadağaya yenidən baxmağı tövsiyə ediblər.

Avropa İttifaqı (Aİ) qanunvericiliyinə əsasən, parlamentin xarici siyasətlə bağlı qətnamələri hüquqi qüvvəyə malik deyil. Ancaq təşkilatın digər hissələri qanunvericilərin tövsiyələrini dinləməlidir.

Sentyabrın əvvəlində AK-nin saytında rusların şəxsi əşyaları ilə region ölkələrinə girişinə qadağa tətbiq edilməsindən bəhs edən hesabat dərc edilib. Sənəddə qeyd edilib ki, məhdudiyyətlər avtomobillər, smartfonlar və kosmetikadan ibarətdir.

Bundan əvvəl FSB sərhəd xidməti rusların avtomobillə Avropaya səfərlərinin sayında iki dəfə azalma qeydə alıb.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə izdihamlı aksiya keçirildi
Türkiyə XİN Fransanın qərarını pislədi
Depardye sərbəst buraxıldı - YENİLƏNDİ