Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97483
az

Pakistanda terror: Ölənlər var

18:0707 Noyabr, 2023
82
DÜNYA
  • A

Pakistanın Hayber Paxtunxva əyalətində neft və təbii qaz şirkətinə edilən hücumda 2 polis məmuru həyatını itirib, 3-ü isə yaralanıb.

 

Oxu24.com xəbər verir  ki,Geo News televiziyasında yer alan xəbərə görə, Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində neft və təbii qaz şirkətinə silahlılar tərəfindən hücum təşkil edilib.

 

Hücumda 2 polis məmuru həyatını itirib, 3 polis əməkdaşı yaralanıb.

 

Səlahiyyətlilər hücumda ölən və yaralanan polislərin neft və təbii qaz şirkətinin təhlükəsizliyinə cavabdeh olduqlarını və silahlıların tutulması üçün əməliyyata başlanıldığını bildirib.

 

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

 

Bu, silahlıların Dera İsmayıl Xan bölgəsində son 5 gündə həyata keçirdiyi 5-ci hücum olub.

 

Bu il ölkədə, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb.

İslamabad hücumların Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırıldığını və idarə olunduğunu iddia etsə də, Əfqanıstan bu iddiaları rədd edir.

Xeyber-Paxtunxva əyalətinin Hayber bölgəsində dünən başlayan qarşıdurmada 3 yaraqlı zərərsizləşdirilib, biri polkovnik-leytenant olmaqla 4 əsgər həyatını itirib.

Noyabrın 4-də Pəncab əyalətindəki Mianvali Hasa bazasına silahlıların hücumunun qarşısı alınıb və 9 yaraqlı zərərsizləşdirilib.

Noyabrın 3-də Hayber Paxtunxva əyalətində terrorçuların polis maşınına yerləşdirilmiş bomba hücumu nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Həmin gün Qvadar bölgəsində təhlükəsizlik qüvvələrini daşıyan 2 avtomobilə edilən hücumda 14 əsgər həyatını itirib.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə izdihamlı aksiya keçirildi
Türkiyə XİN Fransanın qərarını pislədi
Depardye sərbəst buraxıldı - YENİLƏNDİ