Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97375
az

Amerika pilotsuz təyyarələri Qəzzadadır

21:3903 Noyabr, 2023
157
DÜNYA
  • A

Pentaqonun sözçüsü briqada generalı Pat Rayder Qəzza üzərində pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi ilə bağlı daha əvvəl mediada yer alan məlumatları təsdiqləyib.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə   Əl-Cəzirə məlumat yayıb.


“Birləşmiş Ştatlar girovların azad edilməsi səylərinə dəstək olaraq Qəzza üzərində silahlı İHA-lar uçurur və girovları azad etmək səylərində israilli tərəfdaşımıza məsləhət və köməklik göstərir”, - deyə o bildirib.

 

O əlavə edib ki, uçuşlar HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubundakı hücumlarından sonra başlayıb.

 

Bundan əvvəl Reuters ABŞ rəsmilərinə istinadən yazıb ki, ABŞ-ın kəşfiyyatçı pilotsuz təyyarələri oktyabrın 7-də İsrailə hücum zamanı Fələstinin Həmas hərəkatı tərəfindən əsir götürülən girovların axtarışı üçün Qəzza zolağı üzərində uçuşlar həyata keçirir.

 

Mənbələrdən birinin aydınlaşdırdığı kimi, ABŞ bir həftədir ki, pilotsuz təyyarələrdən istifadə edir.

 

Vaşinqton hesab edir ki, Qəzza zolağında itkin düşən 200-dən çox girov arasında on amerikalı da ola bilər.

 

Amerika tərəfi hesab edir ki, HƏMAS onları geniş tunellər şəbəkəsində saxlayır.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fransa Yeni Kaledoniya üzərində nəzarəti itirir
Fransa prokurorluğu Yeni Kaledoniyada iğtişaşlarla bağlı istintaqa başlayıb
Rusiya  Gürcüstanda baş verənlərə münasibət bildirib

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib