Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97331
az

Baydeni Ukraynaya daha çox ATACMS verməyə çağırdılar

14:2902 Noyabr, 2023
80
DÜNYA
  • A

Reuters: Bir qrup Respublikaçı Baydeni Ukraynaya daha çox ATACMS göndərməyə çağırıb

ABŞ Konqresindəki bir sıra yüksək vəzifəli respublikaçı nümayəndələr maliyyə yardımı ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, Kiyevə davamlı dəstəyin əlaməti olaraq prezident Co Baydeni Ukraynaya uzaqmənzilli raketlər göndərməyə çağırıb.

 

Oxu24.com xəbər verir  ki,Bu barədə “Reuters” yazır.

 

Agentliyin məlumatına görə, aparıcı respublikaçılar Baydenə 1 noyabr tarixli məktubda ABŞ-ın Ukraynaya az sayda ATACMS raketləri verməsi ilə bağlı xəbərləri alqışladıqlarını, eyni zamanda Ukraynaya bu cür silahların daha çox göndərilməsini istəyiblər.

 

Reuters-in məlumatına görə, Baydenə məktub respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasının İsrailə ayrıca yardım layihəsinin səsverməsinə yaxınlaşarkən, prezidentin İsrail, Ukrayna və Tayvan üçün 106 milyard dollarlıq milli təhlükəsizliyin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinə məhəl qoymadan göndərilib.

 

Bundan əvvəl Pentaqon ATACMS taktiki raketlərinin suveren Ukrayna ərazisində istifadə üçün Kiyevə verildiyini bəyan edib.

 

Rayder ötürülən ATACMS raketlərinin dəqiq sayını şərh etməkdən imtina etdi, lakin bildirdi ki, Ukraynaya bütün silah və avadanlıqların tədarükü, onların Ukraynanın müdafiəsi və geri qaytarılması üçün müstəsna olaraq Ukraynanın suveren ərazisində istifadə ediləcəyi şərti və zəmanəti ilə həyata keçirilir. 

O, həmçinin qeyd edib ki, ABŞ Ukrayna, eləcə də müttəfiqləri və tərəfdaşları ilə taktiki raketlərin gələcək tədarükünün mümkünlüyü ilə bağlı məsləhətləşmələri davam etdirəcək.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukrayna Rusiya ərazisinə zərbə endirdi: Ölən var
Rusiyada güclü yanğın başlayıb
Səudiyyə Ərəbistanı İsraillə sülh bağlamaq qərarına gəlib