Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97054
az

Qəssam Briqadaları: İsrailin hücumlarında 50 məhbus öldü

19:5226 Oktyabr, 2023
112
DÜNYA
  • A

Qəssam Briqadaları İsrailin Qəzza zolağına etdiyi hücumlarda indiyədək götürdükləri israilli məhbuslardan 50-nin öldüyünü açıqlayıb.

Oxu24.com xəbər verir  ki,Qəssam Briqadaları İsrailin Qəzza zolağına etdiyi hücumlarda indiyədək götürdükləri israilli məhbuslardan 50-nin öldüyünü açıqlayıb.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.

İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücuma başlayıb.

Qəzzadan həyata keçirilən hücumlarda 308-i əsgər olmaqla 1400 israillinin öldüyü, 5132 israillinin yaralandığı bildirilib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya hücumları nəticəsində 2913-ü uşaq olmaqla 7028 nəfərin öldüyünü, 18 mindən çox insanın isə yaralandığını açıqlayıb.

İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 100-dən çox fələstinlinin həlak olduğu bildirilib.

Əksəriyyəti İsrailin bombardmanları nəticəsində münaqişə bölgələrində 25 jurnalist həyatını itirib.

Oktyabrın 8-dən İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 45 Hizbullah üzvü, 6 İslami Cihad Hərəkatının üzvü, 3 HƏMAS üzvü və Hizbullahın dəstəklədiyi Sünni Müqavimət Briqadasının 2 üzvü həlak olub. jurnalist və 4 mülki şəxs həyatını itirib.

Livanın həyata keçirdiyi hücumlarda 3 İsrail əsgəri və bir İsrail vətəndaşı həyatını itirib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstanın Baş naziri Türkiyəyə gedib
Zelenski Xarkova getdi
Moldovalı müxalifət lideri Rusiya pasportu aldı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bələdiyyə sədri həbs olunub