Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97051
az

Qazaxıstan əcnəbilər üçün boşluqları bağlayır

18:2126 Oktyabr, 2023
123
DÜNYA
  • A

Qazaxıstan əcnəbilər üçün yeni qaydalar hazırlayır.

 

Oxu24.com xəbər verir  ki,Qazaxıstan Milli Bankının qərarına əsasən, bank kartlarının alınması üçün tələblər sərtləşdirilir.


Qazaxıstan Milli Bankı xarici vətəndaşlara bank kartlarının verilməsi prosesinin sərtləşdirilməsinə yönəlmiş düzəlişlər hazırlayıb.

İndi kart almaq üçün müraciət edən şəxs onun respublikada müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədləri təqdim etməli olacaq.

Bundan əlavə, Qazaxıstan tənzimləyicisi ödəniş təşkilatları üçün minimum nizamnamə kapitalının beş dəfə artırılmasını təklif edib. Həmçinin, mal və xidmətlərin haqqını hissə-hissə ödəmək üçün yetkinlik yaşına çatmayanlara verilən kartlardan istifadəyə qadağa və digər məhdudiyyətlərin tətbiqi təklif edilir.

Bundan əvvəl, bu ilin yanvarında Qazaxıstan artıq Aİİ ölkələrinin vətəndaşları üçün öz ərazisində vizasız qalma məhdudiyyətləri tətbiq etmişdi. Vizasız qalma müddəti hər 180 təqvim günü ərzində 90 günlə məhdudlaşdırılıb.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Quterreş Putinə məktub yolladı
Trampın təyyarəsi qəza törətdi
Türkiyədə zəlzələ oldu

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dələduzluqda təqsirləndirilən 2 şəxs Özbəkistana təhvil verildi