Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96911
az

İngiltərədə Qəzzada xəstəxanaya kimin hücum etdiyini açıqlayıb

23:1023 Oktyabr, 2023
84
DÜNYA
  • A

Britaniya hakimiyyəti Qəzza zolağında Əl-Əhli xəstəxanasına edilən hücumun arxasında İsrail hərbçilərinin olduğuna inanmır.

 

Oxu24.com xəbər   verir  ki, bunu  Baş nazir Rişi Sunak  Politico-ya açıqlamasında   deyib.

 

Onun sözlərinə görə, yəqin ki, bina rayondan atılan raketlə vurulub.

 

"Kəşfiyyat və silah ekspertlərimizin dərin biliyi və təhlili əsasında Britaniya hökuməti belə qənaətə gəlir ki, partlayış böyük ehtimalla Qəzza zolağından İsrailə doğru atılan raket və ya raketin bir hissəsi tərəfindən törədilib", - Sunak deyib. 

 

O əlavə edib ki, vəziyyətin düzgün qiymətləndirilməməsi və yalan məlumatların yayılması regionda vəziyyətin pisləşməsinə səbəb olub. Sunak bunun İngiltərə daxilində gərginlik yaratdığını vurğulayıb.

 

Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan etdi. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanırdı və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsi idi. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında yaraqlıların yüzlərlə hədəfinə zərbələr endirib və ölkənin Milli Təhlükəsizlik Şurası anklava su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmaq qərarına gəlib. Oktyabrın 13-də İsrail BMT-yə quru əməliyyatı başlamazdan əvvəl 1,1 milyon fələstinlinin Qəzzanın cənubuna təxliyyə ediləcəyini açıqlayıb.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Türkiyənin İsraillə bağlı qərarından razı qalıb
38 yaşlı qadınla 18 yaşlı gəncin eşqi - VİDEO - FOTO
Rusiya Çasov Yarda on minlərlə qoşun toplayıb

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
17 yaşlı qız faciəvi şəkildə öldü