Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96878
az

Ukrayna İndoneziyadan elektrik generatorları istədi

11:5623 Oktyabr, 2023
79
  • A

Ukrayna hakimiyyəti qışdan sağ çıxmaq üçün İndoneziyadan yüzlərlə elektrik generatoru istəyib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə “Liputan6” portalı məlumat yayıb.

 

Portalın məlumatına görə, Ukrayna xarici işlər nazirinin müavini Anton Demekhin İndoneziya hakimiyyətinə müraciət edib.

O, ölkənin qışdan sağ çıxması üçün Ukraynaya bir neçə yüz elektrik generatoru verilməsini xahiş edib.

“Biz vəziyyəti anlamaq və onun fəsadlarına hazırlaşmaq üçün fürsətdən istifadə edirik. Aydındır ki, elektrik enerjisi kəsilən zaman enerji istehsal etməyə kömək edəcək generatorlara böyük ehtiyac var... Hazırda bir neçə yüz generator çatışmır”, - deyə nazir müavini bildirib.

O, əlavə edib ki, bu dəfə onun İndoneziyadakı gündəliyinə ərzaq təhlükəsizliyi və taxılla bağlı təşəbbüslərin müzakirəsi daxildir.

Bundan əvvəl Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) tədqiqatçısı Cek Uotlinq Rusiyanın hərəkətləri səbəbindən qışda Ukrayna üçün yeni çətinliklərin olacağını proqnozlaşdırmışdı.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Türkiyənin İsraillə bağlı qərarından razı qalıb
38 yaşlı qadınla 18 yaşlı gəncin eşqi - VİDEO - FOTO
Rusiya Çasov Yarda on minlərlə qoşun toplayıb

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
17 yaşlı qız faciəvi şəkildə öldü