Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96620
az

Almaniyada yəhudi evlərini Davud Ulduzu ilə işarələməyə başladılar

22:1216 Oktyabr, 2023
125
DÜNYA
  • A

Qərbi Almaniyanın Dortmund şəhərində naməlum şəxslər yəhudilərin yaşadığı bəzi evlərin üzərinə Davud Ulduzu çəkiblər.

 

Oxu24.com xəbər verir ki,Yerli polisin mətbuat xidməti xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları baş vermiş hadisələrlə bağlı araşdırmalara başlayıb.

 

İdarənin məlumatına görə, ötən həftə beş evin üzərinə yəhudi simvolunun təsvirləri çəkilib.

Əməliyyatçılar hələ də hücum edənlərin izinə düşməyiblər.

Yeri gəlmişkən, Berliner Kurier qəzeti əvvəllər Berlində bir neçə evin də Davud Ulduzları ilə işarələndiyini yazıb. Nə qədər qraffiti insidentinin baş verdiyi məlum deyil, lakin sosial şəbəkələrdə ən azı üç qraffiti ilə işlənmiş binanın fotoları yayılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisələrlə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Almaniyada nasist diktaturası dövründə yəhudilərin yaşadığı evlər Davud ulduzu ilə işarələnmişdi.


Bundan əlavə, Bild-in yazdığı kimi, Almaniyanın hər yerində naməlum şəxslər həmrəylik əlaməti olaraq hökumət binalarından asılan İsrail bayraqlarını söküb yandırırlar. Oxşar hallar xüsusilə Erfurt, Berlin, Axen, Pirna, Stralsund, Şverin, Vitten, Krefeld, Mayns, Münster, Leverkusen, Stade, Moers və Reklinqhauzendə baş verib.


Yada salaq ki, HƏMAS və İsrail arasında münaqişənin kəskinləşməsindən sonra Aİ ölkələrində genişmiqyaslı etiraz aksiyaları keçirilməyə başlayıb. Parisdə polis Fələstinə dəstək aksiyasını dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Belə nümayişlər London, Mançester və Edinburqda keçirilib. İngiltərə paytaxtında ərəb dövlətinin müstəqilliyinə dəstək şüarları səsləndirilib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-də NATO-nun sammiti keçiriləcək
Balasanyan da Paşinyana qarşı çıxdı - Xocalı qatili yenə xainlik etdi

Bolqarıstanın birinci xanımı Bakıda dolma bükdü

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun