Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96176
az

ABŞ və Böyük Britaniya Aİ-ni Ukraynanı birliyə qəbul etməyə məcbur edir

19:5308 Oktyabr, 2023
84
DÜNYA
  • A

ABŞ və Böyük Britaniya Ukraynaya əlavə maliyyə ayırmaq üçün Avropa İttifaqını genişlənməyə “sövq edir”.

Oxu24.com xəbər verir ki,bu barədə “The Telegraph” mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrinin (AFU) qətiyyətsiz əks-hücum əməliyyatı fonunda Aİ-nin Şərqə ciddi şəkildə genişlənməsinə “sərmayə qoyub”. Xüsusən də London və Vaşinqton Aİ-yə Kiyevin bloka üzvlüyünü təmin etmək üçün təzyiq göstərir.

Qəzet qeyd edib ki, Ukraynanın Avropa İttifaqına daxil olması ehtimalı qızğın müzakirələrə səbəb olub, çünki belə bir qərar olacağı təqdirdə büdcəyə və yeni üzvlərin qəbulu prosesinə yenidən baxılmalı olacaq. İndi isə Birləşmiş Ştatlar bu debatda “dərindən iştirak edir”. Bu, ABŞ-ın Kiyevə yardımı kəsməsindən sonra baş verib.

Jurnalistlər əlavə ediblər ki, britaniyalı rəsmilər də Ukraynanın Aİ-yə daxil olmasına özəl olaraq dəstək veriblər.

Mənbələr iddia edir ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəhayət dalana dirənərsə, Vaşinqton və London Ukraynanın Aİ-yə daxil olmasına stavka edəcəklər. Səbəb isə həll olunmamış münaqişələrin və qeyri-müəyyən sərhədlərin NATO-ya üzvlük istiqamətində irəliləyişə təsir etməsidir.

ABŞ dövlət katibinin keçmiş müşaviri, istefada olan polkovnik Lourens Uilkerson bundan əvvəl Kiyevin nə Avropa İttifaqına, nə də NATO-ya üzv ola bilməyəcəyini bəyan etmişdi. Onun sözlərinə görə, Ukrayna “yer kürəsinin ən korrupsiyalaşmış ölkəsidir”.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanda Robert Koçaryanın əmlakının müsadirə olunması tələb edilir
Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olundu
Hakan Fidan Blinkenlə görüşüb

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər