Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya Teylor Sviftin konsert filmi olmadan qaldı

Rusiya Teylor Sviftin konsert filmi olmadan qaldı

DÜNYA

314

26.09.2023, 19:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Taylor Swift-in "Taylor Swift: The Eras Tour" adlı konsert filmi beynəlxalq miqyasda nümayiş olunacaq.

Oxu24.com xəbər verir  ki,bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Film oktyabrın 13-də ABŞ-da nümayiş etdiriləcək, həmin gün filmin nüsxələri Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ukrayna və Tacikistan kimi ölkələrdə nümayiş etdiriləcək.

Noyabrın 3-dən Bolqarıstan, Türkiyə, Hindistan, Braziliya və Asiya ölkələri paylanmaya qoşulacaq.

Rusiya, Belarus kimi, filmin rəsmi buraxılışı olmadan qaldı. Sviftin filminin nüsxələrini alacaq ölkələrin tam siyahısı layihənin saytında dərc olunub.

Ehtimal olunur ki, 33 yaşlı Taylor Swift-in film konserti ABŞ-da öz janrında ən çox gəlir gətirən şou ola bilər. Taylor Swift: The Eras Tour konsertinin teatr versiyası, ekspertlər əmindirlər ki, buraxılışın ilk həftəsonunda 100 milyon dollar toplayacaq və Şimali Amerikada filmin ümumi kassası 150 milyon dollara çata və bu məbləği keçə bilər.

 

Müəllif:Nigar