Qaynar xətt:

(+99450) 247 90 86

Dünyanın ən böyük köpəkbalığı Misir sahillərində göründü

Dünyanın ən böyük köpəkbalığı Misir sahillərində göründü

DÜNYA

392

24.09.2023, 19:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünyanın ən böyük balığı olan balina köpəkbalığı Misirin Marsa əl-Aləm kurortunun sahillərində görüntülənib.

Oxu24.com xəbər verir  ki,bu barədə “Cairo24” portalı yazır.

Köpək balığını bir neçə dalğıc Qırmızı dənizə dalarkən görüb. Bu növün qorxulu görünüşünə və təsir edici ölçüsünə baxmayaraq, insanlar üçün təhlükə yaratmadığına inanılır. Onun orta uzunluğu 13 metr, maksimal çəkisi isə 21 tondur.


Bu "balıq" əsasən planktonla qidalanır. Balina köpəkbalığı nəsli kəsilmək ərəfəsindədir.


Ancaq bütün Misir köpəkbalığı insanlar üçün təhlükəsiz deyil. Belə ki, sentyabrın 13-də Misir vətəndaşı olduğu üzə çıxan qadına yırtıcı heyvanın hücum etdiyi məlum olub. Zərərçəkmiş bir neçə əməliyyat keçirib və qolunu itirib.

 

Müəllif:Nigar