Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-da "Ofeliya" qasırğası: 70 min ev və iş yeri işıqsız qalıb

ABŞ-da \\\"Ofeliya\\\" qasırğası: 70 min ev və iş yeri işıqsız qalıb

DÜNYA

258

24.09.2023, 18:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın Şimali Karolina, Virciniya və Merilend ştatlarında təsirli olan “Ofeliya” qasırğası səbəbilə fövqəladə vəziyyət elan edilərkən, 70 min ev və iş yeri işıqsız qalıb.

Oxu24.com xəbər verir  ki,“Ofeliya” qasırğası ABŞ-ın şərqində Atlantik okeanı sahillərində yerləşən Şimali Karolina, Virciniya və Merilend ştatlarını vurub.

Fırtına səbəbiylə 3 əyalətdə fövqəladə vəziyyət elan edilərkən, əyalət rəsmiləri kiçik daşqınlar barədə xəbərdarlıq edərək, həftə sonu boyunca əyalət sahillərində güclü yağış və küləyin təsirli olacağını bildiriblər.

Şimali Karolina və Virciniya ştatlarını təsir edən fırtına səbəbindən təxminən 70 min ev və iş yerində elektrik enerjisi kəsilib.

Dünən oynanılması planlaşdırılan Washington Nationals və Atlanta Braves beysbol matçı bu günə qədər təxirə salınıb.

“Ofeliya” qasırğasının bu gündən etibarən zəifləyəcəyi gözlənilir.

 

Müəllif:Nigar