ABŞ Prezidenti süni intellektlə bağlı açıqlama verəcək
28 Sentyabr 2026, 09:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
259
24.09.2023, 16:09
Sentyabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyulub. Ulu Öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyinin rəhbər heyəti Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan və hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti və qayğıları ilə maraqlanıb.
Müdafiə nazirinə məruzə olunub ki, hospitalda yaralı hərbçilərimizin müalicəsi üçün bütün tibbi personal yüksək peşəkarlıqla fəaliyyət göstərir.
Nazir palatalarda müalicə olunan hərbi qulluqçulara baş çəkib, onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Müdafiə naziri antiterror tədbirləri zamanı ağır relyef şəraitində hərbçilərimizin qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək qısa müddət ərzində bütün istiqamətlər üzrə əldə etdiyi əhəmiyyətli dərəcədə hərbi uğurların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Sonda nazir yaralı hərbi qulluqçularımıza göstərilən xidmətin daha keyfiyyətli təşkil olunması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
10:12 / 28 Sentyabr 2026
1
09:59 / 28 Sentyabr 2026
81
09:55 / 28 Sentyabr 2026
39
09:50 / 28 Sentyabr 2026
86
09:40 / 28 Sentyabr 2026
49
09:27 / 28 Sentyabr 2026
171
09:24 / 28 Sentyabr 2026
56
09:20 / 28 Sentyabr 2026
48
09:14 / 28 Sentyabr 2026
46
09:08 / 28 Sentyabr 2026
108
08:31 / 28 Sentyabr 2026
66
08:17 / 28 Sentyabr 2026
365
06:09 / 28 Sentyabr 2026
161
05:49 / 28 Sentyabr 2026
158
05:25 / 28 Sentyabr 2026
172
00:12 / 28 Sentyabr 2026
161
00:09 / 28 Sentyabr 2026
182
23:44 / 27 Sentyabr 2026
6002
23:31 / 27 Sentyabr 2026
113
23:24 / 27 Sentyabr 2026
121
23:06 / 27 Sentyabr 2026
101
23:02 / 27 Sentyabr 2026
488
22:58 / 27 Sentyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.