Qaynar xətt:

(+99450) 247 90 86

Zaporojye şəhərində partlayış səsləri eşidilib

Zaporojye şəhərində partlayış səsləri eşidilib

DÜNYA

263

22.09.2023, 23:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynanın “Strana” nəşri xəbər verir ki, Ukraynanın nəzarətində olan Zaporojye şəhərində partlayış səsləri eşidilib.

Əhalinin xəbərdar edilməsi üzrə rəsmi resursun məlumatına görə, bölgədə hava hücumu xəbərdarlığı elan edilib.

Sentyabrın 21-də Ukrayna hakimiyyəti bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edib.

Moskva vaxtı ilə saat 8:05 radələrində Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Hərbi-Hava Qüvvələrinin məlumatına görə, Ukraynanın qərb vilayətlərində həyəcan siqnalı hələ də qüvvədədir.

Bundan əvvəl Ukraynanın altı şərq bölgəsində hava xəbərdarlığı elan edilmişdi - xəbərdarlıq xəritəsi Ukraynanın Sumı, Çerkassı, Çerniqov, Poltava, Kirovoqrad və Dnepropetrovsk vilayətlərinə, eləcə də Rusiya Federasiyasının nəzarət edilən yeni bölgələrinin bir hissəsinə şamil edilmişdir.

 

Müəllif:Nigar