Qaynar xətt:

(+99450) 247 90 86

Hindistanlı Aysal gezer Rusiya stansiyası ilə eyni aqibəti yaşadımı?

Hindistanlı Aysal gezer Rusiya stansiyası ilə eyni aqibəti yaşadımı?

DÜNYA

335

22.09.2023, 23:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hindistan tərəfindən Avqust ayında Chandrayaan-3 missiyası çərçivəsində Ay səthinə çatdırılan ay rover və eniş modulu mütəxəssislərin onlarla əlaqəni bərpa etmək cəhdlərinə hələ cavab verməyib.

Oxu24.com xəbər verir ki,Bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb.


“ Hazırda onlardan heç bir siqnal daxil olmayıb. Əlaqə yaratmaq cəhdləri davam edəcək”, ISRO X sosial şəbəkəsində (keçmiş Twitter) yazısında bildirib.

“Vikram” və “Praqyan” sentyabrın əvvəlində hər iki cihaz eksperimentlər üçün ayrılmış ay gününü (14 Yer günü) işlədikdən sonra yuxu rejiminə salınıb. ISRO daha sonra Yerin təbii peykində yeni gündüz saatlarının başlaması ilə onları yenidən aktivləşdirməyə çalışacaqlarını bildirib.

Avqust ayında bildirildi ki, Ayın səthi ilə toqquşma nəticəsində “Luna-25” planetlərarası avtomatik stansiyası fəaliyyətini dayandırıb.

 

Müəllif:Afət