Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95560
az

Ərdoğan BMT-nin rənglərini LGBT bayraqları ilə qarışdırıb

22:4222 Sentyabr, 2023
103
DÜNYA
  • A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin mənzil-qərargahında göy qurşağı bayraqlarının yerləşdirilməsindən şikayət edərək onları “LGBT bayraqları” ilə səhv salıb,

Oxu24.com xəbər verir  ki, bu barədə  Reuters məlumat yayıb.

O, bunu BMT-nin baş katibi Antonio Quterreşlə müzakirə etmək istədiyini bildirib.

“Məni ən çox narahat edən problemlərdən biri  BMT Baş Assambleyasına daxil olanda pilləkənlərdə və başqa yerlərdə LGBT rənglərini görməkdir”, - Türkiyə lideri bildirib.

Ərdoğan dünyada LGBT nümayəndələrinin və tərəfdarlarının sayını şübhə altına alıb və onların da buna qarşı çıxanlar qədər hüquqları olduğunu qeyd edib.

Diplomatların sözlərinə görə, Ərdoğan LGBT bayrağını 2015-ci ildə dünya liderləri tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədlərini - aclığın, yoxsulluğun aradan qaldırılması, iqlim dəyişikliyi və bərabərsizliyə qarşı mübarizə, gender bərabərliyinin təşviqi və s.-ni simvolizə edən bayraqlarla qarışdırıb.

Sentyabrın əvvəlində Serbiya prezidenti Aleksandar Vuçiç Belqradda yürüş təşkil edən icma üzvlərinə dəstək olaraq LGBT bayrağının nümayişinə icazə verməyib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İrana görə matəm elan edən ölkələr - SİYAHI
Həyat yoldaşı aktrisaya 53 milyonluq toy hədiyyəsi bağışladı
Gürcüstanı Ukraynaya çevirməyi və ikinci cəbhə açmağı planlaşdırırlar - Kobaxidze