Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada bir həftə ərzində Covid-ə yoluxma halları 48% artıb

Rusiyada bir həftə ərzində Covid-ə yoluxma halları 48% artıb

DÜNYA

268

19.09.2023, 21:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada bir həftə ərzində koronavirusa yoluxma halları 48%, xəstəxanaya yerləşdirilənlərin sayı 20,6% artıb.

Oxu24.com xəbər verir  ki,bu barədə infeksiyaya qarşı mübarizə üzrə operativ qərargahdan məlumat verilib.

Operativ Qərargahın məlumatına görə, ölkənin 70 rayonunda xəstələnmə halları artıb.


Yoluxucu xəstəliklər üzrə mütəxəssis yeni bir Covid dalğası səbəbiylə kilidləmə ehtimalını qiymətləndirib.


Bir gün əvvəl Rospotrebnadzor xəbərdarlıq etmişdi ki, koronavirusun “pirola” adlanan yeni variantı sələfləri ilə müqayisədə daha yoluxucudur.

Əvvəllər xarici KİV-lər yazırdılar ki, pirolada çoxlu mutasiyalar var və bu da peyvəndlərin effektivliyini azalda bilər. Covid-in bu variantı artıq ABŞ, Danimarka, İsrail, Böyük Britaniya və digər ölkələrdə aşkar edilib. Bir sıra alimlər “pirola”nı “omikron”la müqayisə edirlər ki, bu da dünyada xəstələnmənin kəskin artmasına səbəb olub.

 

Müəllif:Nigar