Qaynar xətt:

(+99450) 247 90 86

Putin oktyabrda Pekində Si Cinpinlə görüşməyi planlaşdırır

Putin oktyabrda Pekində Si Cinpinlə görüşməyi planlaşdırır

DÜNYA

242

19.09.2023, 20:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında danışıqlar oktyabrda Pekində baş tuta bilər.

Oxu24.com xəbər verir  ki,bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev strateji təhlükəsizlik üzrə Rusiya-Çin məsləhətləşmələrində danışıb.

“Oktyabr ayında Rusiya dövlət başçısının “Bir kəmər, bir yol” beynəlxalq forumunun tədbirlərində iştirakı çərçivəsində Pekində Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında ətraflı ikitərəfli danışıqları səbirsizliklə gözləyirik”, - Patruşev bildirib. .



Xatırladaq ki, daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirmişdi ki, Rusiya Rusiya prezidenti Vladimir Putinə “Bir kəmər, bir yol” beynəlxalq forumunda əsas qonaq qismində çıxış etmək dəvətinə görə Çinə minnətdardır.

Rusiya liderinin köməkçisi Yuri Uşakov Putinin Çinə səfər etmək niyyətində olduğunu təsdiqləyib. Həmçinin, Rusiya Federasiyası və Çin Xalq Respublikası rəhbərlərinin ilin sonuna qədər ikitərəfli təmaslar planlaşdırması barədə məlumatı Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov da təsdiqləyib.

 

Müəllif:Afət