Qaynar xətt:

(+99450) 247 90 86

BMT-nin baş katibi dünyada aclığın göstəricilərindən danışıb

BMT-nin baş katibi dünyada aclığın göstəricilərindən danışıb

DÜNYA

239

19.09.2023, 19:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi debatlarının açılışında bildirib ki, dünyada ac insanların sayı 2005-ci ildən bəri ən yüksək həddə çatıb.

Oxu24.com xəbər verir ki,bu barədə TASS məlumat yayıb.

O, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 il əvvəl imzalandığını və bəzi sahələrdə çox böyük irəliləyişlərin əldə olunduğunu bildirib.

"Ancaq 1,2 milyard insan hələ də ifrat yoxsulluq içində yaşayarkən və aclıq 2005-ci ildən bəri görünməmiş səviyyədə olduğu bir vaxtda biz hər kəs üçün əsas hüquqlar təmin etməmişik" deyə  Quterreş bildirib.

O, əlavə edib ki, 50-dən çox ölkədə etnik mənsubiyyətə və irqə görə ayrı-seçkilik qanuni olaraq qalır və insanlar daha yaxşı həyata nail olmaq üçün ölümcül risklərə gedirlər.

Bundan əvvəl BMT-nin məcburi tədbirlər üzrə xüsusi məruzəçisi Yelena Dovqan xəbərdarlıq etmişdi ki, Rusiya gübrələrinə qarşı sanksiyaların saxlanması Afrika və Latın Amerikasının bir sıra ölkələri üçün fəlakətli nəticələrə gətirib çıxaracaq.

 

Müəllif: Miri Məcidli