Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95448
az

Pentaqonun rəhbəri Ukrayna Silahlı Qüvvələrinin davamlı tərəqqisi barədə məlumat verib

18:4919 Sentyabr, 2023
58
DÜNYA
  • A

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna ordusunun “sabit irəliləyişini” yüksək qiymətləndirib.

Oxu24.com  RİA "Novosti"yə istinadən xəbər verir ki, o, bu barədə Almaniyada Ukrayna üzrə təmas qrupunun iclasının yekunları üzrə mətbuat konfransı zamanı bildirib.

“Çox çətin şəraitdə davamlı irəliləyiş əldə etməyə davam edən Ukrayna qüvvələrini xüsusilə tərifləmək istəyirəm”,-deyə bildirib.

Sentyabrın 19-da Zaporojye vilayətinin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski bəyan edib ki, sentyabrda Ukrayna Silahlı Qüvvələrinin Zaporojye istiqamətində əks-hücumunun üçüncü dalğası gözlənilir.

Bundan əvvəl Amerika ordusunun keçmiş zabiti Daniel Davis bildirmişdi ki, Qərb Ukraynanın əks-hücumunun uğursuzluğu və ABŞ-ın Ukraynaya qarşı uğursuz siyasəti ilə bağlı həqiqəti artıq gizlədə bilməz.

Bir gün əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynanın əks-hücumunun irəlilədiyini desə də, ukraynalı əsgərlərin cəbhədəki uğurunun dəqiq nə olduğunu açıqlamayıb.

Bundan əvvəl ABŞ Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının iflasa uğradığını tanıyıb.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tbilisidə izdihamlı aksiya keçirildi
Türkiyə XİN Fransanın qərarını pislədi
Depardye sərbəst buraxıldı - YENİLƏNDİ