Qaynar xətt:

(+99450) 247 90 86

Kanadada güclü zəlzələ olub

Kanadada güclü zəlzələ olub

DÜNYA

380

17.09.2023, 17:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Seysmoloqlar Kanada sahillərində zəlzələ qeydə alıblar.

Oxu24.com -un  ABŞ Geoloji Xidmətinə (USGS) istinadən verdiyi xəbərə görə, 5,6 bal gücündə yeraltı təkanlar Port Maknill şəhəri ərazisində baş verib.

Məlumata görə, təbii fəlakətin episentri qəsəbədən 228 km qərbdə olub. Şəhərdə 2 minə yaxın insan yaşayır.

Materialda zəlzələnin mənbəyinin 10 km dərinlikdə yerləşdiyi bildirilir. Bu günə qədər itkilər barədə məlumat daxil olmayıb. 

 

Bundan əvvəl Mərakeşdə baş verən dağıdıcı zəlzələ qurbanlarının sayının 2,9 min nəfəri ötdüyü məlum olub.

 

Müəllif: Nigar