Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95355
az

ABŞ Rusiyadan rekord miqdarda gübrə idxal edib

17:0817 Sentyabr, 2023
75
DÜNYA
  • A

Yanvar-iyul aylarında ABŞ Rusiya gübrələrinin alışını rekord həddə - 944 milyon dollara çatdırıb.


Oxu24.com xəbər verir  ki,əvvəlki maksimum ötən il, yeddi ay ərzində alışların dəyəri 900 milyon dollara çatanda qeydə alınıb. Bu il ixracın dəyəri beş faiz artıb.

Eyni zamanda, iyulda alışlar iyun ayı ilə müqayisədə üç dəfə, illik ifadədə isə demək olar ki, 40% azalaraq 54,4 milyon dollar təşkil edib. Bu, 2021-ci ilin avqustundan bəri minimumdur.

Rusiya bu il ABŞ-a gübrə tədarükündə ikinci yeri tutub. Birinci yerdə yeddi ayda 2,8 milyard dollar dəyərində gübrə tədarük edən Kanadadır. İlk beşliyə həmçinin Səudiyyə Ərəbistanı (484,4 milyon dollar), İsrail (216 milyon dollar) və Qətər (214,2 milyon dollar) daxildir.

Ümumilikdə, ABŞ bu ilin yanvar-iyul aylarında gübrə idxalını 22% - altı milyard dollara qədər azaldıb. Eyni zamanda, bu kateqoriya üzrə Amerika ixracatı da 36% azalaraq 3,4 milyard dollara düşüb.

 

Müəllif: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada zəlzələ oldu
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü
Bryansk vilayəti üzərində pilotsuz təyyarə məhv edilib

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü