Qaynar xətt:

(+99450) 247 90 86

Polşa elektron izləmə sistemləri ilə hasar qurmağı planlaşdırır

Polşa elektron izləmə sistemləri ilə hasar qurmağı planlaşdırır

DÜNYA

310

16.09.2023, 17:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polşa Belarusla sərhəddə hasarın tikintisi üçün tender elan edib
 

Polşa hakimiyyəti Belarusla sərhəddə elektron izləmə sistemləri olan hasarın tikintisi üçün tender elan edib.

Oxu24.com TASS-a istinadən  xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski bildirib.

Məlumdur ki, Buq çayı ərazisində tikinti işlərinin aparılması planlaşdırılır.

“Sərhəd Xidməti Buq çayında elektron hasarın çəkilməsi üçün tender elan edib. Onun uzunluğu 172 km olacaq”, - Kaminski əlavə edib.

Bütün maraqlı müəssisələrin sentyabrın 22-dək iştirak üçün müraciət edə bilməsi planlaşdırılır. Bu tender noyabrın ortalarında başa çatacaq.

Hasarın tikintisinə bu il başlanması gözlənilir.

Bundan əvvəl Polşanın hakim Hüquq və Ədalət (PiS) partiyasının sədri Yaroslav Kaçinski Polşanın Belarusla sərhəddə hasarları genişləndirmək niyyətində olduğuna aydınlıq gətirmişdi.

Yayda Polşa sərhəd xidməti Polşa-Belarus sərhədində elektron maneənin yaradılması ilə bağlı tikinti işlərinin başa çatdığını açıqlamışdı.

 

Müəllif:Afət