Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna Rusiya gəmilərinə yeni hücumlar barədə xəbərdarlıq edib

Ukrayna Rusiya gəmilərinə yeni hücumlar barədə xəbərdarlıq edib

DÜNYA

378

16.09.2023, 17:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Rusiya gəmilərinə yeni dron hücumları həyata keçirə biləcək, ölkənin rəqəmsal transformasiya naziri Mixail Fedorov Reuters agentliyinə bildirib.

Oxu24.com xəbər verir ki,“Daha çox dron, daha çox hücum və daha az Rusiya gəmisi olacaq. Bu, şübhəsizdir”, - nazir Krımda baş verən son hadisələrlə bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə Ukraynada pilotsuz uçuş aparatlarının istehsalı ötən illə müqayisədə yüz dəfədən çox artıb. “Düşünürəm ki, bu ilin sonuna kimi keçən illə müqayisədə bu, təxminən 120-140 dəfə artacaq”, - o əlavə edib.

Sentyabrın 13-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Krımda yerləşən “Sevmorzavod” gəmi təmiri zavoduna raket hücumu nəticəsində “Minsk” desant gəmisi və “Rostov-na-Don” sualtı qayığı zədələnib.

 

Müəllif: Nigar