Qaynar xətt:

(+99450) 247 90 86

Polşa Rusiya nömrəli avtomobillərə icazə verməyəcək

Polşa Rusiya nömrəli avtomobillərə icazə verməyəcək

DÜNYA

264

16.09.2023, 17:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polşanın daxili işlər naziri Mariuş Kaminski bildirib ki, Polşa hakimiyyəti sentyabrın 17-si saat 00:00-dan etibarən Rusiyada qeydiyyatda olan minik avtomobillərinin öz ərazilərinə girişini qadağan edəcək.

Oxu24.com xəbər verir  ki,“Bu qadağa artıq Rusiya yük maşınlarına şamil edilib. İndi bu məsələni bağlayırıq. Polşaya bir dənə də olsun rus maşını girməyəcək. Hörmətli cənablar, bu, həm kommersiya məqsədli, həm də şəxsi avtomobillərə aiddir”, - Kaminski bildirib.

Onun sözlərinə görə, bu qadağa həm Rusiya, həm də Rusiya nömrəli avtomobilləri idarə edən digər ölkələrin sakinlərinə aiddir. Kaminski əlavə edib ki, “Rusiya qeydiyyatında olan avtomobilin Polşaya daxil olmaq hüququ yoxdur”.

Bu həftə Rusiya Federasiyası ilə ümumi sərhədi olan Litva, Latviya, Estoniya və Finlandiya Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa tətbiq olunduğunu elan edib. Estoniya hakimiyyəti avtobuslar üçün istisna edib.

 

Müəllif: Nigar