Qaynar xətt:

(+99450) 247 90 86

Orban Ukrayna taxılına görə “Brüsseldə döyüş” elan edib

Orban Ukrayna taxılına görə “Brüsseldə döyüş” elan edib

DÜNYA

276

16.09.2023, 14:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Macarıstanın baş naziri Viktor Orban Ukrayna taxılının ixracında “fırıldaqçılıq” olduğunu açıqlayıb.

Oxu24.com xəbər verir  ki,O, bu barədə Kossuth radiostansiyasının səhər proqramında bildirib.

“Biz Ukraynadan taxıl ixrac edirik, lakin o, Afrikaya çatmır. Avropada isə Macarıstan, Rumıniya və Polşadan daha ucuz taxıla sahib olan ticarətçilər bizim taxılımızı almaq əvəzinə, daha ucuz Ukrayna taxılını almağa başlayırlar. Yazıq afrikalı uşaqlar bundan bir kiloqram çörək görmürlər. Deməli, burada saxtakarlıq var”, - deyə Macarıstanın baş naziri bildirib.

Orbanın sözlərinə görə, Ukrayna taxılının Mərkəzi Avropa ölkələrinə idxalının qarşısını almaq üçün “Brüsseldə döyüşlər” gedir. "Və bu taxıl məsələsində bunlar nə Avropanın, nə Rumıniyanın, nə Polşanın, nə Macarıstanın, nə Slovakiyanın, nə də Amerikanın maraqlarıdır", - Macarıstanın baş naziri əlavə edib.

 

Müəllif:Afət