Qaynar xətt:

(+99450) 247 90 86

Babayanın dəstəsi tələb edir: Qarabağdan çıxırıq - Qarşıdurma

Babayanın dəstəsi tələb edir: Qarabağdan çıxırıq - Qarşıdurma

DÜNYA

252

16.09.2023, 13:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşən rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən erməni separatçılar arasında qarşıdurma pik səviyyəyə qalxıb.

OXU24.COM  axar.az-a istinadən bildirir ki, yeni separatçıbaşı Samvel Şahramanyanı qəbul etməyən Samvel Babayan və tərəfdarları Xankəndinin mərkəzi meydanında aksiya keçiriblər.

Aksiyada Samvel Şahramanyanla kəskin ziddiyyətdə olanlar hazırkı siyasətə etiraz olaraq, Ermənistana getmək istədiklərini bir daha elan ediblər. Onlar bunun üçün "humanitar dəhliz" açılmasını tələb ediblər.

Xatırladaq ki, Şahramanyan Ermənistana gedənlərin qarşısını almaq üçün nəzarəti gücləndirmək barədə "tapşırıq" verib