Qaynar xətt:

(+99450) 247 90 86

Yunanıstana qaçmağa cəhd edən 23 terror şübhəlisi tutulub

Yunanıstana qaçmağa cəhd edən 23 terror şübhəlisi tutulub

DÜNYA

292

15.09.2023, 16:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ədirnədə Yunanıstana qaçmağa cəhd edən PKK, DEAŞ və FETÖ terror təşkilatlarının üzvü 23 şübhəli saxlanılıb.

Oxu24.com xəbər verir  ki,qubernatorluqdan edilən açıqlamaya görə, Yunanıstana qeyri-qanuni yollarla keçməyə çalışan 23 terror təşkilatı şübhəlisi İl Jandarma Komandanlığı qrupları və 54-cü Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığına bağlı sərhəd bölmələri tərəfindən 1-ci dərəcəli hərbi məhdudiyyətli yoxlamalar zamanı yaxalanıb.

Şübhəlilərdən 20-nin FETÖ, 2-nin PKK, 1-nin isə DAİŞ-ə üzv olduqları üçün axtarışda olduğu müəyyən edilib.

Saxlanılan şübhəlilər haqqında jandarma əməliyyatları davam edir.

 

Müəllif: Nigar