Qaynar xətt:

(+99450) 247 90 86

Saakaşviliyə qarşı yeni iş açıla bilər

Saakaşviliyə qarşı yeni iş açıla bilər

DÜNYA

263

14.09.2023, 18:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşviliyə qarşı yeni cinayət işi açıla bilər,

Oxu24.com xəbər verir  ki,bu barədə “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.


Onun sözlərinə görə, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin büdcə vəsaitlərini şəxsi uçuşlara xərcləməsi faktı təsdiqlənib.

“Hamı razılaşır ki, birinci şəxsin çarterlər üzrə uçması cinayətdir və yeni böyük cinayət faktı faktiki olaraq təsdiqlənib. Hesab edirəm ki, bu, araşdırmaya başlamaq üçün əsas olmalıdır”, - Mdinaradze bildirib.

Xatırladaq ki, Gürcüstan mətbuatında yayılan məlumata görə, Gürcüstan Müdafiə Nazirliyi və “Gürcüstan Hava Yolları” aviaşirkəti ilə 24 milyon lari (təxminən 9 milyon dollardan çox), bunun 14 milyon lari (təxminən 5,3 milyon dollar) dəyərində müqavilə bağlanıb. ) yalnız Saakaşvilinin şəxsi səfərlərinə sərf olunurdu.

 

Müəllif:Nigar