Qaynar xətt:

(+99450) 247 90 86

İsrail Rusiya bazasına zərbə endirib

İsrail Rusiya bazasına zərbə endirib

DÜNYA

247

14.09.2023, 18:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsrail hərbi hava qüvvələrinin Aralıq dənizi sahilində, Rusiya hərbi-dəniz bazasının yerləşdiyi Tartus liman şəhərinə endirdiyi zərbə nəticəsində 2 suriyalı hərbçi ölüb, 6-sı yaralanıb.

Oxu24.com xəbər verir  ki,bu barədə Suriya dövlət xəbər agentliyi Ortas məlumat yayıb.


Qeyd olunur ki, zərbə hava hücumundan müdafiə qüvvələrinin mövqelərinə endirilib. Suriya ordusu daha sonra bildirib ki, İsrail raketləri Həma şəhərinin kənarlarını vurub və yalnız müəyyən qədər maddi ziyan vurub.

“Reuters” Suriya müxalifətindəki mənbəyə istinadən xəbər verib ki, sonuncu zərbə Həmanın cənubundakı hərbi baza və Homs əyalətinin cənub-qərbindəki Əl-Şeyrat hərbi hava limanı yaxınlığında həyata keçirilib.

Baza, Əsədin əsas müttəfiqi olan Rusiyanın möhkəmləndirdiyi və üsyançılara qarşı reydlər təşkil etmək üçün istifadə etdiyi ölkənin əsas hava bazalarından biridir.İsrail son illərdə Suriyadakı İran hədəflərinə yüzlərlə zərbə endirib, lakin sahilboyu zərbələrdən böyük ölçüdə yayınıb. Rusiyanın hərbi qüvvələrinin cəmləşdiyi əyalətlərdə”, - Reuters yazır.

Bu epizodla bağlı İsrail rəsmilərindən heç bir rəsmi şərh verilməyib.

 

Müəllif: Miri Məcidli