Pakistanda polis furqonu atəşə tutulub, ölənlər və yaralılar var
28 Sentyabr 2026, 14:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
233
14.09.2023, 18:21
Putin il yarım əvvəl Rusiya imperiyasının şöhrətini qaytaracağını düşünərək müharibəyə başladı. Lakin o, bütün maksimalist imperialist məqsədlərində uğursuzluğa düçar oldu və indi on minlərlə rus əsgərini itirdikdən və milyardlarla və milyardlarla dollar xərclədikdən sonra Kim Çen Indan kömək üçün yalvarır.
Oxu24.com xəbər verir ki,ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen In arasında “Vostoçnı” kosmodromunda baş tutan görüşü məhz belə şərh edib.
Miller həmçinin iddia edir ki, Rusiya Şimali Koreyaya əks yardım göstərə bilər ki, bu da Moskvanın dəstəklədiyi BMT Təhlükəsizlik Şurasının qətnaməsinin pozulması deməkdir.
Kimin zirehli qatarla gəldiyi görüşdə Putin “köhnə dost iki yeni dostdan yaxşıdır” deyərək çıxış edib. Öz növbəsində Kim Çen In Putini imperializmə qarşı birgə mübarizəyə çağırıb.
Bu, 2019-cu ildən bəri ilk Rusiya-Şimali Koreya sammiti idi.
Görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Pxenyana qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı ittihamlara cavab verib: “Təhlükəsizlik Şurası sanksiyaları açıqlayıb. Buna görə də, Təhlükəsizlik Şurası ilə əlaqə saxlayın və biz Koreya Xalq Demokratik Respublikası ilə bərabərhüquqlu, ədalətli qarşılıqlı əlaqələri inkişaf etdirəcəyik”.
Qeyd edək ki, 2017-ci ildə Vladimir Putin BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq Şimali Koreyaya qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
Müəllif:Afət
14:02 / 28 Sentyabr 2026
16
14:00 / 28 Sentyabr 2026
20
13:46 / 28 Sentyabr 2026
45
13:43 / 28 Sentyabr 2026
40
13:30 / 28 Sentyabr 2026
321
13:24 / 28 Sentyabr 2026
66
13:09 / 28 Sentyabr 2026
226
12:58 / 28 Sentyabr 2026
60
12:55 / 28 Sentyabr 2026
59
12:37 / 28 Sentyabr 2026
71
12:32 / 28 Sentyabr 2026
68
12:22 / 28 Sentyabr 2026
49
12:18 / 28 Sentyabr 2026
53
12:13 / 28 Sentyabr 2026
1342
12:00 / 28 Sentyabr 2026
52
11:54 / 28 Sentyabr 2026
90
11:40 / 28 Sentyabr 2026
69
11:31 / 28 Sentyabr 2026
172
11:27 / 28 Sentyabr 2026
188
11:23 / 28 Sentyabr 2026
65
11:20 / 28 Sentyabr 2026
203
11:15 / 28 Sentyabr 2026
59
11:13 / 28 Sentyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.